ERMƏNİLƏRİN NAXÇIVAN İDDİASI...

ERMƏNİLƏRİN NAXÇIVAN İDDİASI...

 

Azərbaycan ordusunun uğurlu əməliyyatı düşməni təşvişə salıb; erməni politoloqlar sərsəm açıqlamalarla cəmiyyəti sakitləşdirməyə çalışırlar

Milli ordumuzun Naxçıvan istiqamətində irərliləyərək, strateji təpəni ələ keçirdikdən sonra həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində qədim Azərbaycan torpağı Naxçıvanla bağlı müzakirələr gedir. Belə ki, "Atlas” Araşdırmlar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikirncə, ermənilər Azərbaycan ordusunun Naxçıvan istiqamətində irərliləyərək strateji təpəni ələ keçirdiyini günlərdir tirajlayır, şəkillər yayırlar: "Başqa sözlə, itkilərini etiraf edirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla savaşacaq halı yoxdur və ordusuna komanda versə ki, "təpəni geri alın” bu hər iki tərəfdən itkiyə, o cümlədən 2016-cı ilin aprelinin təkrarına səbəb olacaq. Paşinyan daxilən belə bir qərara hazır deyil”.

Əslində, Azərbaycan ordusunun Naxçıvan istiqamətində strateji təpəni ələ keçirməsi yenicə hakimiyyətə gəlmiş Paşinyan üçün ilk uğursuzluq oldu və bu da Paşinyanın Qarabağla bağlı verdiyi bəyanatlar fonunda Azərbaycan ordusunun ona mənəvi-psixolji zərbə vurması üçün tutarlı bir cavab oldu.

"Azərbaycan ordusu Naxçıvan təcrübəsini hər yerdə genişləndirə bilər”

Şahinoğlu doğru olaraq qeyd edir ki, Azərbaycan ordusunun Naxçıvanda ələ keçirdiyi təpə faktoru Paşinyanın əleyhinə işləyir: "Çünki bu ciddi başlanğıca səbəb ola bilər. Onsuz da iki ölkə arasında sərhədlərin dəqiq çizgisi bəlli deyil, üstəgəl Dağlıq Qarabağın içindəki və ətrafındakı rayonların onlara aidiyyatı olmadığını özləri də anlayırlar. Demək, Azərbaycan ordusu Naxçıvan təcrübəsini hər yerdə genişləndirə bilər. Bu genişmiqyaslı müharibə deyil, strateji mövqelərin ələ keçirilməsi məqsədilə pozisiya döyüşləridir. Pozisiyalarımızı daima irəli çəkməklə düşmən üzərindəki psixoloji üstünlüyü ələ keçirə bilərik. Onsuz da bu gün Ermənistanda və Dağlıq Qarabağda hakimiyyətlər dayanıqlı deyil və bundan istifadə etmək lazımdır”.

Düşmən üzərində müəyyən psixoloji üstünlük əldə etdiymiz halda, maraqlıdır ki, Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində işğalçı ermənilərə ağır zərbə vurduğu və bir neçə strateji yüksəklikləri azad etdiyi haqqında məlumatlar yayılsa da, bu xəbər rəsmi təsdiqini tapmadı. Nə Azərbaycan, nə Ermənistan hökuməti məlumatı təsdiq etdi. Əslində, Azərbaycan hökumətinin bu addımı başadüşüləndir. Kiçik qələbələri şişirtmək düşmən dəyimanına su tökmək kimi bir şeydir. Ermənistan hökumətinin isə Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsini təsdiq etməməkdə bir məqsədi var ki, o da Nikol Paşinayının nüfuzunu zərbə altına salmamaqdır. Ancaq sosial şəbəkələrdə azad edilmiş hündürlüklərin fotosunun yayılması məlumatın doğru olduğu ehtimalını artırır və bu artıq Paşinaynın nüfuzuna yetərincə zərbə vurdu. Çünki xüsusilə bu fotolar Ermənistan mediası tərəfindən yayıldı.

Erməni hərbi ekspert Arkadi Qriqoryanın məlumatına görə, Azərbaycan Ordusu doğrudan da bir neçə strateji hündürlüyü alıb. Amm Qriqoryan təbii olaraq iddia edir ki, bu hündürlüklərin alınması Naxçıvan cəbhəsində güc balansını dəyişdirmir”.

Ordumuz 3 postu, bir neçə kəndi azad etdi və... -

Əlində, Azərbyacan ordusu tərəfindən bu hündürlüklərin alınması Naxçıvan cəbhəsində güc balansını dəyişdirir. Çünki kiçik bir ərazinin alnması belə ordu üçün psixoloji üstünlükdür. Hətta bu psixoloji üstünlük imkan verir ki, Azərbaycan ordusu daha da irəliləsin.

Rusiyanın "Rosbalt” agentliyinin Naxçıvan cəbhəsində baş verənləri və Qarabağ münaqişəsi ətrafında cərəyan edən prosesləri araşdırması da diqqəti çəkir.

Agentlik yazır ki, Bakı və İrəvan bu haqda sussa da, yayılan fotolar həqiqətən də Azərbaycan Ordusunun 3 strateji hündürlüyü azad etdiyini deməyə əsas verir: "Bu hündürlüklərin alınması Azərbaycan tərəfinin bir neçə kəndə də nəzarəti ələ alması deməkdir”.

Hətta "Rosbalt” agentliyi "ermənilər bunu Paşinayana bağışlayacaqlarmı”,-deyə sual edir. Şübhəsiz ki, Naxçıvan cəbhəsində Azərbaycan ordusunun irəliləməsi Paşinyanın nüfuzuna ciddi təsir edəcək.

Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsi həm də qədim Azərbaycan torpağı Naxçıvanla bağlı iddiaları Ermənistanda yenidən gündəmə gətirib. Belə ki, erməni politoloq Levon Şirinyan bir az da irəli gedərək, bu il ərzində Naxçıvanı Ermənistan ərazisinə qatacaqlarını iddia edib.

"Biz bu il Naxçıvan məsələsini bağlayacağıq. Birincisi, siyasi-hüquqi mənada. Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın "erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”, - deyə o bildirib.

Maraqlıdır ki, erməni politoloq və yaxud Ermənistan hökuməti Naxçıvanın "erməni torpağı” olması ilə bağlı hansı siyasi-hüquqi sənədləri ortaya qoya bilər ki?! Naxçıvan qədim Azərbyacan torpağı olduğu halda, erməni politloq bu gülünc iddiasını hansı məntiqlə izah edir, görəsən?! Görünən odur ki, ermənilərin riyakar, saxta xisləti heç vaxt dəyişməyəcək.

"Lazım olacaqsa, müharibəyə də başlayacağıq” deməklə isə görünür ki, erməni politoloq Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləməsini həzm edə bilmədiyi üçün təbdən çıxıb və bu il ərzində Naxçıvanı Ermənistan ərazisinə qatacaqlarını iddia edib. Amma erməni politoloqun mənasız proqnozu heç zaman özünü doğrultmaycaq. Çünki Azərbaycan torpaqlarını qoruyacaq qüdrətli Azərbaycan ordusu var.

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}