“Bu gücə arxalanmayan əsla qalib ola bilməz” - POLKOVNİK BAŞBUĞ

“Bu gücə arxalanmayan əsla qalib ola bilməz” - POLKOVNİK BAŞBUĞ

 

Sozcu.info  xəbər verir ki, türkiyəli təhlükəsizlik və terror mütəxəssisi, təqaüddə olan kəşfiyyat polkovniki Coşkun Başbuğ deyib: "Şimali İraq xalqı Afrində mehmetciyin səmimiyyətinə bələd oldu. Başqa sözlə deyilsə, xalq onu illərlə cana yığan terrordan xilas olmaq üçün yeganə və son şansının türk əsgəri olduğunu bildirib. Terrorla mübarizədə ən mühüm məsələ baza dəstəyi və xalq dəstəyidir. Bu, gücə arxalanmayan əsla qazana bilməz. Bu məntiqlə mən ABŞ-ın yerində olsam, şələ-küləmi yığışdırıb, PKK rəhbərlərini taleyin ümidinə buraxıb bölgədən gedərdim”.

Afrindən sonra Şimali İraq xalqı da mehmetciyi bağrına basıb. PKK terror təşkilatının əsas bazalarından Qəndilə doğru irəliləyən mehmetcik Qəndil ətəkləri, Hakurk və onun ətrafındakı kəndlərdə terrordan bezən xalqın sevgisi ilə qarşılanıb.

Türk ordusu onu xoş qarşılayan xalqa bu kəndlərdə iftar və sahur yeməkləri verib. Afrində baş verən mənzərənin eynisinin bu bölgədə baş verdiyini bildirən polkovnik Coşkun Başbuğ deyib:"Mehmetciyin niyyət və məqsədini bölgə və dünya çox yaxşı başa düşüb. Terrordan bezən bölgə xalqı türk əsgərini xilaskar kimi görür”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}