Bakı metrosunda qız qatar yoluna düşdü, heç kim "görmədi" - FOTO

Bakı metrosunda qız qatar yoluna düşdü, heç kim "görmədi" - FOTO

 

Sosial şəbəkədə "arzu_akhmadova" adlı istifadəçinin paylaşdığı şəkil təəccübləndirib.

Sozcu.info  milli.az-a istinadən xəbər verir ki, gənc qız Bakının "Nəriman Nərimanov" metro stansiyasının qatar yoluna düşərək çəkdirdiyi fotosunu İnstagram hesabında paylaşıb. Sözügedən və metronun eyni adlı stansiyasında çəkilmiş digər fotoda nə metropoliten işçisi nəzərə çarpır, nə də bir polis əməkdaşı.

Nəzərə alsaq ki, bu şəkil yuxarıda da göründüyü kimi 04:01-də çəkilib, o zaman gənc qızın metroya necə daxil olduğu sual yaradır.

Həyatını riskə atan gənc qızın bu addımı sosial şəbəkədə də birmənalı qarşılanmayıb.

Şəkilin fotoşop olduğu istisna edilmir.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələ ilə bağlı lazımi araşdırma aparacaqlar.

Bakı metrosunda qız qatar yoluna düşdü, heç kim Bakı metrosunda qız qatar yoluna düşdü, heç kim



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}