Qəndil əməliyyatında növbəti irəliləyiş! - ARTIQ ORADA TÜRK BAYRAĞI DALĞALANIR!

Qəndil əməliyyatında növbəti irəliləyiş! - ARTIQ ORADA TÜRK BAYRAĞI DALĞALANIR!

 

Mehmetcik Hakurkda türk bayrağı qalırdı

Sozcu.info  xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Qəndilə qarşı davam edən əməliyyatından son dəqiqə xəbəri gəlib. Şimali İraq dağlarını terrorçulardan təmizləməkdə olan türk əsgəri Hakurk məntəqəsində təhlükəsizliyi təmin edərək bölgədə türk bayrağı qaldırıb.

Qəndil əməliyyatından gələn son dəqiqə xəbərinə görə, Şimali İraqda addım-addım irəliləyən türk hərbçiləri Türkiyə sərhədindən terror yuvalarına doğru 40 km irəliləyib. PKK rəhbərləri yığıncaq keçirdikləri zaman vurulub.

TSQ PKK üçün mühüm olan və terrorçuların Türkiyəyə sızmaq üçün istifadə elədikləri Bradost və Barazgir məntəqələrində də nəzarəti ələ alıb. 400-ə qədər adam tutan Surede düşərgəsində PKK rəhbərlərinin toplaşdığı sığınacağın ağıllı silahlarla vurulmasından sonra Türkiyə prezidenti R.T.Ərdoğan” "Qəndildə yığıncaq edən terrorçular vuruldu”, - deyə açıqlama verib.

Qəndilə doğru uzanan bölgələrdə daimi bazalar quran türk hərbçiləri Hakurk vadisini terrorçulardan tamamilə təmizləyib. Ərazidə daimi baza və nəzarət məntəqələri yaradılıb və Türkiyə bayrağı ucaldılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}