PKK GERÇƏYİ: ARTIN AĞOPYAN NECƏ "ÖC" ALAN OLDU...

PKK GERÇƏYİ: ARTIN AĞOPYAN NECƏ "ÖC" ALAN OLDU...

 

Kürdcə danışa bilməyən Abdullah Öcalan necə "kürd xalqının lideri” ola bilər?

"Facebook” sosial şəbəkəsində aktiv olan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının radikal və aktiv üzvlərindən biri Abdullah Öcalanla bağlı bəzi məqamları açıqlayıb. Açıqlamalara görə, dünya ictimaiyyətinin kürd terror şəbəkəsinin rəhbəri kimi tanıdığı Abdullah Öcalan ermənidir. Səhifədə paylaşılanları sizlərə olduğu kimi təqdim edirik:

"Beş il əvvəl idi. DTP-nin Diyarbakırda düzənlənən konqresin hesabatında terrorçu Abdullah Öcalan "Kürd xalqının öndəri” kimi təqdim olundu. Təbii ki, biz də buna sərt təpki vermişdik. Demişdik ki, necə ola bilər ki, Abdullah Öcalan kimi soykökü bəlli olmayan birisi kürdlərin lideri kimi təqdim edilir? Bu məqsədlə də araşdırmalar aparıb, bəzi bilgilər əldə etmişik.

APO-nun "sağ əli” gizlinləri açdı

Aldığımız məlumatların bir qismini bir zamanlar APO-nun ən yaxın dostu, "sağ əli”, əsas yardımçısı olan, kod adı "Barmaqsız Zəki” olan Şəmdin Sakık anladıb.

Şakık 18 il dağlarda PKK hərəkatına rəhbərlik etdikdən sonra Şimali İraqda Türkiyə Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanaraq mühakimə olunub və hazırda da Diyarbəkir həbsxanasındadır. Orada "Şəmdin Sakıkdan məktublar” adlı kitab yazır. Kitabın 202-ci səhifəsində o, Abdullah Öcalan haqda bunları deyib: "Hansı millətdən olduğu anlaşılmadığı kimi, hansı dinə mənsub olduğu da bəlli deyil. Bir görürsən İslam dininə tapınır, bir də baxırsan Papadan daha artıq İsasevər olub. Hərdən də özü ilə Həzrəti Musa arasında bənzərliklər quracaq qədər yəhudiləşir. Bəzən sünni, bəzən ələvidir”.

Millətini, dinini gizlədən erməni terrorçu Ağopyan…

Terrorçu Öcalanın kürd deyil, erməni olduğunu və gerçək adının da Artin Ağopyan olduğu iki il əvvəl yazılmışdı. Diqqət etsəniz, Səmdin Sakık da oxşar fikirlər səsləndirib: "Hansı millətdən olduğu anlaşılmadığı kimi, hansı dinə mənsub olduğu da bəlli deyil”. Yəni "soykökü bəlli deyil” sözünü boş yerə deməmişik. Anlayacağınız DTP-nin bu konqresində kürd xalqının lideri deyə təqdim etdiyi terrorçu əslində dinindən, millətindən dönən biridir. Dönmə deyərkən, biz yunan, erməni olub xristianlığı və əslini gizləyib müsəlman kimi görünən, türk adı daşıyan və bizləri aldadanları nəzərdə tuturuq. Bax, belə dönmələrdən biri də illərdir Abdullah Öcalan kimi təqdim olunan terror şəbəkəsi PKK-nın əliqanlı qatili Artin Ağopyandır. "Kürdləri müstəqilliyə qovuşduracağını” iddia edən türkdən çox kürd öldürən Abdullah Öcalanın gerçək bir erməni olduğuna şübhə yoxdur. Çünki o, kürdcə bilmir. Bir xalq lideri necə ola bilir ki, öz dilini bilməsin? İndi bəziləri deyəcək ki, "bunu hardan çıxardın?” Mən çıxarmadım. Amma hardan çıxdığını sizlərə anladım.

"Məqsəd Türkiyəni müsəlmanları qıran və vətəndaşına zülm edən ölkə durumuna düşməsiydi”

Bütün hadisə ASALA-nın əli ilə 1973-cü ildən bu yana aparılan xristian erməni terroruna artıq dünya ictimaiyyətinin təpki verməyə başlaması üzündən gerçəkləşdirildi. Bu, Qərb imperialist dövlətlərinin yeni bir kuklaya ehtiyac duymasından qaynaqlandı. Bu, elə bir kukla olmalıydı ki, nə xristianlar, nə qərblilər gözə batmamalıydı. Tam əksinə, həm Türkiyənin başına bəla olmalı, həm də türklərlə kürdlər biri-birinə qırdırmalıydı. Üstəlik, Türkiyənin Suriya, İran, İraq, Fələstin Liviya kimi müsəlman ölkələri ilə də münasibətləri pozulmalıydı.

Dövlət müsəlmanları öldürən, öz vətəndaşına zülm edən bir duruma düşməliydi.

Erməni olduğu bilinməsin deyə qeydiyyat idarəsini yandırıb

Abdullah Öcalanın atası ermənidir. Amarlı kəndi ermənilərin köhnə yaşayış yerlərindən biridir. Onun ailədəki əsl adı Artin Ağopyandır. O, gerçək ortaya çıxmasın deyə, bir gecə Halfəti qeydiyyat İdarəsini yandırıb.Və bütün qeydiyyat sənədlərini kötüklərini məhv edib. Üstəlik də, bayaq dediyim kimi, o, kürdcə bilmir. O, erməni olduğu üçün də PKK-nın komandir heyəti ermənilər, dağlarda vuruşan adi əsgərləri isə təsir altına salınan kürdlərdir.

Vaxtilə PKK şəbəkəsində olmuş və həbsxanadan çıxmış bir gənc etiraf etdi ki, bu şəbəkənin yönəticilərinin çoxu ermənidir: "Doğrudur, bir erməni komandir mənim yanımda bir dostumu öldürdü. Dedim onun nə günahı vardı, niyə öldürdün? Dedi ki, onun müsəlman olması mənim üçün yetərlidir. Bir müsəlman əskildi”. Mən bu sözlərdən sonra bu işdə erməni barmağı olduğunu görüb şəbəkədən ayrıldım”.

Eyni zamanda ölmüş cəsədlərin çoxunun sünnətsiz olması da onların bir qisminin erməni olduğunu təsdiqləyir.

Kürdlər müsəlmandır, o üzdən onlar sünnətsiz ola bilməz.

Ayrıca, PKK kommunist, marksist, Ateist və Allaha, dinə inanmayan, dini narkotik kimi qiymətləndirən bir dəstədir.

Onların fikrincə, bu atışmalarda, savaşlarda kürdlər öləcək, ermənilər qələbə qazanacaq. Erməni araşdırmaçı Johan Lepsius da öz fikirləri ilə onların bu pis niyyətini təsdiqləyib: "Gecəqondu bir kürd dövləti qurulmadan Böyük Ermənistan qurulmaz”.

Картинки по запросу pkk

Erməni qonaq öncə sirləri öyrənir, sonra ailəni güllələyir

PKK-lı döyüşçü onu da etiraf edib ki, onların əlindəki xəritələrdə daha öncə erməni öldürən kürd kəndlərinin adları işarələnib. Şəbəkənin üzvü kəndə girib və özəlliklə erməni öldürən evlərə qonaq olur, kürdcə danışdığı üçün ev sahibi ona güvənir və hörmət edir. Bir neçə saat sonra PKK-çı ev sahibinə sual ünvanlayır: "Dayı, siz buralarda heç erməni gördünüzmü?” Kürd də öz dilində onunla danışan adama inanıb, harda necə erməni öldürülübsə, hamısını ona danışır. Gecə PKK üzvü gedərkən ev sahibinə "dayı, sən öz dilinlə erməni öldürdüyünü etiraf elədin, üstəlik şahidə də gərək yoxdur”, deyir və sonra da "erməni elə öldürülməz, belə öldürülər” deyərək evdəkilərin hamısını öldürür. Beşikdəki körpənin də öldürülməsi həm onların intiqam aldıqlarını, həm də əsl məqsədin gizlədilməsini göstərir.

Kürdlərdən 1915-ci illərin intiqamı alınır. PKK Şərqdə kürdləri köç etməyə məcbur etməklə, oradakı kürd əhalisinin sayını azaltmağa çalışır. Bununla da gləcəkdə bu torpaqların ola biləcək bir səsvermə ilə Ermənistana birləşdirilməsinə zəmin hazırlayır.

Şəhid atası onun erməni olduğunu üzünə hayqırdı



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}