Ermənistan “çarpaz təzyiq”lə üz-üzə: NATO-Rusiya seçimi Qarabağ savaşını yaxınlaşdırır

 

Dağlıq Qarabağla birgə Qərbin qucağına atılmağı hədəfləyən işğalçı ölkədə təlaş böyüyür; erməni KİV-lərindən həyasız tələb: "NATO, ABŞ və AB bizi Rusiya və Azərbaycandan qorumalıdır”; təcavüzkar iki istiqamətdən vurula bilər – Qarabağ və Naxçıvan...

Ermənistanın baş naziri Nikol Paşinyanın iyulun 11-də Brüsseldə başlayacaq NATO sammitinə qatılması artıq dəqiqləşib. Bunu son olaraq, NATO baş katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ceyms Appaturay AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində təsdiqləyib. Alyans rəsmisi səfəri səbirsizliklə gözlədiyini gizlətməyərək deyib ki, "NATO Ermənistanla əlaqələri daha da dərinləşdirmək üçün Paşinyana başladığı islahatlarda kömək eləməyə hazırdır”.

"Mən tam əminəm ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bizim stabil əməkdaşlığımız davam edəcək. Hesab edirəm ki, Ermənistan illər ərzində NATO ilə qurulmuş əməkdaşlığı davam etdirmək əzmindədir” - bu da Appturayın sözləridir.

*****

Buna şübhə yoxdur. Ermənistanın mədəniyyət və təhsil nazirlərinə kimi, öz komandasını bütünlüklə Qərbə, ABŞ-a sadiq şəxslərdən təşkil eləmiş Paşinyan həqiqətən NATO-ya, Qərbə can atır. Bu danılmaz bir faktdır ki, indiyədək Ermənistanın heç bir hökuməti haqda NATO səviyyəsində belə isti sözlər səslənməyib, vədlər verilməyib, reverans və jestlər edilməyib, ona qucaq açılmayıb, qısası, "gəl-gəl” deyilməyib.

Avropa Birliyi (AB) rəsmilərinin də eyni qəbildən açıqlamaları nəzərə alınarsa, açıq görünür ki, NATO-nun, AB-nin, bütövlükdə Qərbin Nikol Paşinyandan gözləntisi böyükdür. Əsas gözlənti - əlbəttə ki, Ermənistanın Rusiya ağuşundan çıxıb Qərbə sarı gəlməsi ilə bağlıdır. Ancaq necə? Cənubi Qafqazda Rusiyanın yeganə legitim hərbi qalası olan və öz varlığına, təhlükəsizliyinə, ordusuna aldığı ucuz silahlara, Azərbaycan ərazilərini işğalda saxlamağa görə müstəsna olaraq Rusiyaya borclu olan Ermənistanın indiki rəhbərliyi bunu necə edəcək? Qərbin üstü şirin, içi acı "konfeti”nə aldanıb tələyə düşməyəcək ki? Kremlin qəzəbinə gəlməyəcək ki? O zaman NATO, AB İrəvana, Paşinyana kömək edəcəkmi? Gürcüstanda edə bildimi - NATO, Avropa uzaqda, Rusiya isə yaxında, Ermənistanın içində ikən...

*****

Məsələ də bundadır. Belə görünür, acı gerçəyi yavaş-yavaş İrəvanda dərk eləməyə, 11 iyul tarixi yaxınlaşdıqca daha güclü təlaş keçirməyə başlayıblar.

"Qərb Ermənistanın yeni hakimiyyətinə həm daxili və xarici siyasət sferasında, həm də müdafiə və təhlükəsizlik məsələlərində hərtərəfli dəstək vermək barədə dəqiq mesajlar verməkdədir. Lakin bütün bunlar özündə təhlükə də daşıyır - hansı ki, müharibə formasında Ermənistan və Dağlıq Qarabağın qarşısına çıxa bilər”.

Bu barədə 1 in.am nəşrində Paşinyanın Brüssel səfəri ilə bağlı gözləntilərinə və Alyans, AB rəsmilərinin məlum bəyanatlarına həsr edilmiş baş məqalədə deyilir.

Paşinyan ile ilgili görsel sonucu

Məqalədə deyilir: "Artıq bir aydan çoxdur ki, Azərbaycan Naxçıvan istiqamətində qüvvə cəmləyir. Paralel surətdə böyük silah arsenalının iştirakı ilə Dağlıq Qarabağın lap yaxınlığında 20 minlik iri təlimlərə başlanıb. Təlimlər təkcə silahların nümayişi ilə deyil, həm də təbliğati fonla müşayiət olunmaqdadır - hansı təbliğata ki, bizə müttəfiq sayılan bir dövlətin - Rusiyanın deputat və ekspert korpusunun təmsilçiləri də qatılıb. Politoloqlar - Maksim Şevçenko, İqor Korotçenko, Aleksandr Duqin, Dumanın deputatları - Dmitri Savelyev və başqaları Azərbaycana gediblər, burada Dağlıq Qarabağla ”sərhəddə" (dırnaqlar bizimdir - "YM”) hərbi hissələrdən birinə baş çəkib, 2016-cı ilin aprelindəki 4 günlük müharibə zamanı Azərbaycan ordusunun nəzarətinə keçmiş Lələtəpəyə qalxıblar, orada bir sıra anti-erməni bəyanatlar veriblər, Qarabağın Azərbaycan ərazisi olduğunu, problemin həllinin yalnız ərazilər qaytarılandan sonra mümkün olduğunu bəyan ediblər və s."

NATO-Rusiya seçimi Qarabağ savaşı ile ilgili görsel sonucu

Məqalədə bu hadisənin Moskvanın izni ilə baş verdiyinə şübhə edilmir: "Başqa bir tanınmış rusiyalı politoloq, bilavasitə Kremlin nəzər-nöqtəsini ifadə edən Vladimir Yevseyev rusarminfo.ru portalına müsahibəsində son baş verənləri şərh edərkən açıq mətnlə bildirib ki, bunlar Ermənistanın Avropa və qərbyönlü siyasətinə cavabdır. ”Ermənistan təkcə Rusiya xadimlərinin Azərbaycana özəl səfərlərindən yox, həm də Qərb və NATO ölkələri ilə yaxınlaşmasından narahat olmalıdır" - o deyib. Evseyev onu da deyib ki, Ermənistanın Qərb ölkələri ilə yanaşı, NATO ilə də təmaslarının genişlənməsi, o cümlədən Paşinyanın qarşıdakı NATO səfəri Rusiyanı ciddi şəkildə narahat edir. "Düşünürəm ki, Alyansla yaxınlıq Ermənistanın KTMT çərçivəsində qalmaq səylərinə uyğun deyil. Fikrimcə, rusiyalı ekspertlərin Azərbaycana özəl səfəri əgər Ermənistanı belə narahat edirsə, onda onu bu da narahat eləməlidir ki, NATO ilə həddən ziyadə əməkdaşlıq eləmir ki?” - Yevseyev bildirib. Bu kimi bəyanatlar Azərbaycanın son vaxtlar hərbi vəziyyəti Moskvanın susqun razılığı ilə gərginləşdirdiyinin dolayı etirafından savayı bir şey deyil" - məqalədə bildirilir.

NATO-Rusiya seçimi Qarabağ savaşı ile ilgili görsel sonucu

Baş verənlərə görə, erməni nəşri Qərbin də məsuliyyət daşıdığını və Ermənistana kömək etməli olduğunu qeyd eləməklə, birincinin üzərinə minnət qoymağa cəhd edir. Əslində isə "Biz Rusiyanı atıb sizə satılsaq, bizi Rusiyadan qorumalısınız” ismarış-tələbini göndərir:"Bu halda (Rusiyanın Azərbaycanın əli ilə Ermənistana təzyiqə başlayacağı halda - ”YM") Ermənistan hakimiyyətindən daha çox, onun Qərb tərəfdaşları hərəkət etməlidirlər - hansı tərəfdaşlarla əlaqələrin dərinləşməsinin qarşılığını Ermənistan və Dağlıq Qarabağ müharibə ilə, insan və ərazi itkiləri ilə ödədə bilər. Hesab edirik ki, bu məsələ Nikol Paşinyanın Brüsseldə AB və NATO rəhbərliyi ilə görüşlərinin gündəliyinə salınmalıdır. Qərb əməldə göstərməlidir ki, onun bizə dəstəyi yalnız gəlişigözəl bəyanatlardan ibarət deyil".

*****

Qeyd edək ki, bu qəbildən təlaşlı şərhlər erməni KİV-lərində, xüsusən də Paşinyan hökumətinə yaxın qərbyönlü nəşrlərdə son günlər xeyli artıb. Necə deyərlər, iştah diş altındadır. Özünü təzədən bazara çıxaran, Qarabağı da "götürüb” Qərbə satılmaq istəyən Ermənistan həmin Qərbə, NATO-ya indidən tələblər irəli sürməklə paralel, haqlı olaraq, rusun cəzasından ehtiyatlanır. Xəyanətin qarşılığını isə eyni vaxtda iki istiqamətdən - Qarabağ və Naxçıvan səmtindən gözləyir.

Olsun. Gec-tez işğalçının layiqli cavabı veriləcək. Bəs Rusiyanı işğalçı sayıb ona sanksiyalar tətbiq edən Qərb, ABŞ o zaman işğalçı Ermənistanı müdafiə edəcəkmi? Çətin. Ən azı o səbəbə ki, Ermənistan Qərb üçün, NATO üçün nə qədər dəyər kəsb eləsə də, bu, Azərbaycanın dəyərini üstələyə bilməz.../musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}