Əfqanıstanda "Taliban" lideri öldürüldü

Əfqanıstanda "Taliban" lideri öldürüldüƏfqanıstanda fəaliyyət göstərən “Taliban” terror təşkilatının rəhbəri molla Əhtar Möhhəm Mansur atışma zamanı aldığı yaralardan ölüb.

Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

“Mənsur digər terror təşkilatlarının liderləri ilə baş verən mübahisədən sonra yaranan atışma nəticəsində ağır yaralanıb”, - deyə məlumatda qeyd olunur.

Daha əvvəl yayılan məlumatlarda Mənsurun Pakistanın Kvetta şəhərində yaralandığı bildirilirdi.

Xatırladaq ki, Molla Mansur təşkilata bu ilin iyulunda Əfqanıstanda “Taliban” hərəkatının yaradıcısı və lideri olan Molla Ömərin öldürülməsindən sonra rəhbərlik edirdi. Yeri gəlmişkən, təşkilatda əsas parçalanmalar məhz bu dəyişiklikdən sonra başlamışdı.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}