ƏSƏD İNTİQAM ANDI İÇDİ

ƏSƏD İNTİQAM ANDI İÇDİ

 

Suriya hökuməti PKK/PYD-nin üzrünü qəbul eləməyib, 11 nəfər əsgərin intiqamının alınacağını bildirib.

Hasekedə baş verən silahlı toqquşma zamanı Suriya ordusunda xidmət edən 11 nəfər hərbçinin öldürülməsi bölgədə gərginliyi daha da artırıb.

PKK terror təşkilatının Suriyadakı şaxəsi YPG-nin terrorçuları Haseke məntəqəsində hökumət qüvvələri ilə döyüşüblər. Atışma nəticəsində 11 nəfər Suriya əsgəri, 7 nəfər PKK terrorçusu ölüb.

Baş verən hadisə ilə bağlı Dəməşq hökuməti olduqca sərt açıqlama verib, 11 əsgərin intiqamının PKK/YPG terrorçularından alınacağını bildirib. Dəməşq hökuməti PKK/YPG-nin üzür açıqlaması verdiyini, lakin bu üzrün qəbul edilmədiyini, terrorçulara lazımi dərsin veriləcəyini bəyan edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}