SURİYADA XALQ YERİN ALTINA ÇƏKİLDİ

SURİYADA XALQ YERİN ALTINA ÇƏKİLDİ

 

Sozcu.info xəbər verir ki, Suriyanın İdlib şəhərinin əhalisi hökumətin ərazini müxalifətçilərdən təmizləmək üçün Rusiyanın dəstəyi ilə keçiriləcək hava hücumlarına qarşı yeraltı sığınacaqları hazırlayır.

Bölgədə üç milyon nəfərə yaxın dinc vətəndaş yaşayır. Vətəndaşların müxalifətçi qruplara qoşulub hücuma qarşı hazırlıq görür, xəndəklər qazırlar. İdlibdə ağır bombardman olacağı gözlənilir. Şəhərdə yeraltı sığınacaqların inşası sürətlənib. Tibbi mərkəzlərin əksəriyyəti yerin altına köçürülüb.

Rusiya qırıcıları xəstəxanaları və yeraltı tibbi mərkəzləri sığınacaqdələn bombalarla vursa da, yenə də insanlar yerin altına sığınmaqdan başqa çıxış yolu görmürlər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}