Avropada çirkli pulyuma qalmaqalında kluminasiya:"Danske Bank"ın rəhbəri istefa verdi, bu gün hesabat açıqlanacaq

Avropada çirkli pulyuma qalmaqalında kluminasiya:"Danske Bank"ın rəhbəri istefa verdi, bu gün hesabat açıqlanacaq

 

"Danske Bank”ın rəhbəri istefaya getdiyini bəyan edib. "Estoniyada mümkün çirkli pulyuma məsələsində "Danske Bank”ın öz məsuliyyətini yerinə yetirə bilmədiyi aydındır”. Bu barədə bankın rəhbəri  Tomas Borgen sentyabrın 19-da yaydığı bəyanatda deyib. O, istefaya getdiyini açıqlayıb.

Bankın yaydığı hesabatda deyilir ki, 2007-2015-ci illərdə gerçəkləşdirilmiş tranzaksiyaların böyük əksəriyyəti şübhəli hesab olunub. Çirkli pulların bankın Tallin filialı vasitəsliə Rusiya və digər keçmiş sovet ölkələrindən axdığı iddia olunur.

Xatırladaq ki, Danimarkanın ən böyük bankı milyardlarla avronun Rusiya və keçmiş sovet ölkələri ərazisindən necə çıxarılmasına dair hesabat açıqlayacaq. Söhbət bankın Estoniyadakı filialı vasitəsilə çirkli pulyumadan gedir.

"Danske Bank”ın bu gün açıqlayacağı hesabatda çirkli pulyumanın əsas problemlərindən, eləcə də Avropanın nizamlayıcı qurumlarının özəlliklə keçmiş sovet Baltik ölkələrində problemi önləyə bilməməsindən söz açılacaq. Medianın bu yaxınlarda iddia etməsinə görə, "Danske”nin Estoniya filialı vasitəsilə 150 milyard dollaradaək vəsaitin yuyulub.

"Wall Street Journal” bu ayın əvvəlində yazırdı ki, ABŞ-ın hüquq-mühafizə agentlikləri "Danske Bank” vasitəsilə çirkli pulyumanı araşdırır.

Bu ilin əvvəlində ABŞ hakimiyyəti Latviyanın ABLV bankını çirkli pulyumanı ört-basdır etməkdə suçlayıb. Bu banka ABŞ dolları verilmədi və o, iflas etdi.

(Azadlıq radiosu)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}