İranda 250 min dollar sərmayə qoyan şəxsə 5 il ölkədə qalmaq icazəsi veriləcək

İranda 250 min dollar sərmayə qoyan şəxsə 5 il ölkədə qalmaq icazəsi veriləcək

 

Sozcu.info  xəbər verir ki, ölkəyə 250 min dollar investisiya qoyan xaricilərə İranda 5 il yaşamaq üçün icazə veriləcək.

İranlı Tələbələr İnformasiya Agentliyi (İSNA) bildirir ki, bu məlumat paytaxt Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Ali Şurası iclasında səsləndilib.

Bundan əvvəl, 2016-cı ilin fevralında verilən qərarda isə 300 min dollar sərmayə qoyan əcnəbi investorların 3 il ölkədə qalacaqlarına icazə verildiyi bildirilmişdi.

Bu qərarların son dövrdə iqtisadi böhran içərisində olan İrana xarici sərmayə cəlb edilməsi məqsədilə verildiyi bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}