Avropa bir-birinə dəyir - Polis və məktəb şagirdləri ÜSYANA QALXDI - FOTO

Avropa bir-birinə dəyir - Polis və məktəb şagirdləri ÜSYANA QALXDI - FOTO

 

Fransa prezidenti Emmanuel Makron və hökumətinin təhsil siyasətini protest edən məktəb şagirdləri yenidən Paris küçələrinə axışıb.

Sozcu.info xəbər verir ki, şagird topluluqlarının çağırışı ilə yüzlərlə etirazçı təhsil sistemində aparılan dəyişikliklərə qarşı nümayiş keçirib.

Onlar Makrona qarşı şüarlar səsləndirib. Onlar nümayişdə təxminən, iki həftə öncə Mantes-la-Joliedəki etirazlarda polisin diz çökdürərək əllərini bağlı halda saxladığı tələbələrə dəstək olaraq bir müddət diz çökərək əlləri bağlı şəkildə qalıblar.

Qeyd edək ki, məktəb şagirdləri artıq iki həftədir "Sarı jiletlilər”in nümayişlərindən ilhamlanaraq küçə etirazları keçirir. Ötən həftə ölkə miqyasında "qara çərşənbə axşamı” nümayişləri təşkil edilib. Etirazlardan dolayı 450 məktəbdə dərslər tamamilə və ya qismən dayandırılıb. Nümüayişlərdə yaranan qarşıdurmalarda 6 dekabra qədər 700-dən çox şagird saxlanılıb.

Bu arada, təxminən bir aya yaxındır ki, "Sarı jiletlilər” üsyanının qarşısını almağa çalışan Fransa polisi də etiraz keçirməyə hazırlaşır. Onlar gündə 23 saat işləmək məcburiyyətində qaldıqlarını dilə gətirirlər. Polislər maaşlarının qaldırılmasını tələb edirlər./publika.az/

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}