Gürcüstandakı vəhabilər dövlətçiliyə qarşı ciddi təhlükədir


 

Gürcü politoloqlar Gürcüstan ərazisində vəhabilərin aktvləşdiyini və bunun tezliklə dövlətçiliyə böyük təhlükə yaradacağını proqnozlaşdırırlar. Politoloq Ramaz Sağvarelidzenin fikrincə, "İŞİD” hərəkatı Şimali Qafqazla yanaşı Gürcüstanın Pankisi dərəsində günü-gündən fəallaşır. Şimali Qafqazın demək olar ki, "İŞİD” tərəfindən ələ keçirildiyini bildirən politoloq, növbə Gürcüstan olduğunu qeyd edib. Politoloq belə hesab edir ki, Gürcüstanın təhlükəsizlik strukturları radikal islamyönlü hərəkatların fəaliyyətini ciddi nəzarətə almalıdırlar. R.Sağvarelidzenin fikrincə, "İŞİD” müxtəlif dillərdə kanallar yaratmaq və Gürcüstanda rus və ingilis dillərində yaymaq fikrindədir. Bu isə bir neçə vaxtdan sonra ölkədə təhlükəli proseslərə gətirib çıxaracaq. R.Sağvarelidze: "İŞİD” hərəkatını faktdır ki, bəzi islam ölkələri qəbul etmir. Türkiyə və Azərbaycan da bu ölkələr arasındadır. Belə hesab edirəm ki, Avropa İttifaqı Türkiyəni tezliklə öz sıralarına qəbul etməlidir. Bu vaxta qədər Aİ Türkiyəni öz sıralarına daxil etmir. Ankaranı Aİ-dən kənarlaşdırmaq olmaz. Çünki Türkiyə islam ölkələri arasında yeganə müasir ölkədir ki, radikal İslama qarşı mübarizə aparır. Buna görə də, hesab edirəm ki, Avropa İttifaqı islam ölkələri arasında dini radikallığı qəbul etməyən – Türkiyə və Azərbaycana ciddi dəstək verməlidir”.Hərbi məsələlər üzrə eksperti İrakli Aladaşvili radikal islamın Gürcüstanda günü-gündən çoxalmasının danılmaz fakt olduğunu söyləyib. Onun açıqlamasına görə, Gürcüstanda türk və ərəb fundamentalistlərinin maliyyə dəstəyi ilə mədrəsələr tikilir və gənc vəhabilər yetişdirilir. Belə olan halda isə gənclər terroristlərin bü tün əmirlərini yerinə yetirməyə başlayırlar. Halbuki, "İŞİD”in planında Volqa çayından tutmuş Orta Asiya, Xəzəryanı ölkələr və Gürcüstan da daxildir.

 

Ekspert: "İŞİD” "Avrasiya Balkanı” modelini qurmaq istəyir. Yəni bu terror təşkilatının planında Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Əfqanıstan da daxildir. "İslam Xəlifətinin” arxasında nəinki ərəb ölkələrinin, ABŞ və Rusiyadakı müəyyən qüvvələrin durduğunu düşünürəm. Gürcüstan faktiki olaraq təhlükəylə üz-üzə gəlib. Buna görə də, rəsmi Tiflis ilk növbədə NATO, Türkiyə və qonşu Azərbaycanla terrorla mübarizədə intensiv əməkdaşlığını aktivləşdirməlidir”. Təhlükəsizlik məsələləri üzrə eksperti polkovnik Konstantine Porçxiladze isə fərqli düşünür. Onun açıqlamasına görə, "İŞİD”dən əvvəl Gürcüstana təhlükə İrandan və Rusiyadan gözlənilir. Onun açıqlamasına görə, Gürcüstanda bioloji və ekoloji terror aktlarının həyata keçirilməsi qaçılmazdır və bütün bunların arxasında Rusiyanın "QRU” və hərbi kəşfiyyatı olacaq. Ekspertin fikrincə, Rusiyanın kəşfiyyatı ilə yanaşı Gürcüstanda İran, Türkiyə və ərəb ölkələrinin xüsusi-xidmət orqanlarının şəbəkəsi mövcuddur ki, onların mövqeyi günü-gündən möhkəmlənir. Ekspertin açıqlamasına görə, Gürcüstanda radikal islamın "vəhabi” təriqəti inkişaf edir ki, bu da ölkədə təhlükəli proseslərin meydana gəlməsinə səbəb yaradacaq. Vəhabilərin arxasında nəinki Rusiya və ABŞ kəşfiyyatının, eləcə də bəzi ərəb ölkələrinin milyarder şeyxlərinin durduğunu bildirən K.Porçxiladze hakimiyyətə məsləhət görür ki, ölkədəki islam yönlü hərəkatlarının fəaliyyətinə nəzarətini gücləndirsin. O, türk fundamentalistlərinin də təhlükəli olduğunu qeyd edərək, hazırda Gürcüstanın Acara, Mesxeti və Kvemo-Kartli regionları ilə yanaşı rəsmi Tiflisin nəzarət etmədiyi Abxaziyada da fəallaşdığını vurğulayıb. O, belə hesab edir ki, hazırda Gürcüstanda bir neçə türk şirkəti var ki, Türkiyədəki radikal İslamın təşkilatları tərəfindən idarə olunur.

Niyazi Hüseynov

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}