“Rus hərbçilər qadınlarımıza təcavüz edir…” - Erməni jurnalistdən şok təklif

“Rus hərbçilər qadınlarımıza təcavüz edir…” - Erməni jurnalistdən şok təklif

 

Ermənistanda nəşr olunan "Asparez” qəzetinin rəhbəri Levon Barseqyan Rusiyanın Gümrüdəki "102-ci” hərbi bazası ilə bağlı təklif verib.Sozcu.info  xəbər verir ki, Barseqyan bazanın Gümrü sakinləri tərəfindən nəzarət altında saxlanılmalı olduğunu bildirib.

Rus bazasını "təhlükə yuvası” adlandıran jurnalist qeyd edib ki, son illərdə nəzarət edilmədiyinə görə, bazanın hərbçiləri Gümrüdə özbaşınalıqlar edirlər.

Barseqyan rus həbçilərinin gizlədilən cinayətləri içində qətllərlə yanaşı, qəsb və qadınlara cinsi təcavüz olaylarını da sadalayıb:

"Bu kimi halların qarşısını almaq üçün Gümrüdəki rus bazası yerli sakinlər tərəfindən ov tüfəngləri və digər silahlarla nəzarət edilməlidir. Bazanın qarşısına 24 saat xidmət edən post qurmaq lazımdır”.

Qeyd edək ki, bazanın rus hərbçisinin Gümrüdə bir süpürgəçi qadını öldürməsi bölgədə etirazlara səbəb olub. Ermənilər Nikol Paşinyan hökumətindən bazanın ölkədən çıxarılmasını tələb edirlər.

Rəsmi Moskva isə bəyanat yayaraq, İrəvandan məsələni siyasiləşdirməməyi tələb edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}