İran televiziyası növbəti dəfə türk dilini təhqir etdi - VİDEO

 

İran Teleradio Şirkəti növbəti dəfə türk dilini təhqir edib.

Sozcu.info xəbər verir ki, 3-cü telekanalın yayımladığı "İmarətin xanımı” serialının 22-ci bölümündə Xələc türkləri haqqında təhqiramiz ifadə işlədilib. Qacar dövrünün ictimai-siyasi vəziyyətini təsvir edən serialda "Eşşəyin dilini Xələc bilir, sənin dilini mən bilirəm” sözlərindən istifadə edilib.

Televiziyasının yol verdiyi bu təhqirə qarşı sosial şəbəkələrdə etirazlar başlayıb. Xələc türkləri Təfrəşin millət vəkilinin parlamentdə bu məsələyə etiraz etməsini istəyir.

Qeyd edək ki, xələclər Ərak şəhərinin şimal-şərq məntəqəsində əsasən Təfrəş, Aştiyan və Fərahan şəhərlərində yaşayırlar. Xələc türkcəsi ilə Azərbaycan türkcəsinin oxşarlığı çoxdur. Bu ləhcədə qədim Göytürk türkcəsindən çoxlu sözlər var.

 
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}