İranın kosmosa raket göndərmək cəhdi UĞURSUZLUQLA NƏTİCƏLƏNDİ

İranın kosmosa raket göndərmək cəhdi UĞURSUZLUQLA NƏTİCƏLƏNDİ

 

Reportyor.az xəbər verir ki, İranın kosmosa peyk göndərmək cəhdi uğursuzluqla nəticələnib. Süni peyk Yerin orbitinə çata bilməyib.

İran İslam Respublikasının rabitə və və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi dövlət televiziyasına açıqlamasında Peyam (Mesaj) adlı peykin yerli saatla 04.00-da İmam Xomeyni Kosmik Bazasından səmaya göndərildiyini bildirib.

Cehromi, peyk daşıyıcısı olan raketin hava atılandan sonraki birinci və ikinci mərhələləri uğurla keçdiyini, lakin peykdən ayrılma məhrələsinin uğursuz olduğunu deyib: "Peykin daşıyıcıdan ayrılma sürəti lazımi həddə çatmadı və təəssüf ki, son mərhələdə peyk orbitə daxil ola bilmədi”.

İki həftə bundan əvvəl Tehran hökuməti 90 kiloqram ağırlığındakı dinc məqsədli Peyam və Dusti (Dostluq) adlı peykləri Simurg peyk daşıyıcı raketi vasitəsilə kosmosa göndərməyi planlaşdırdığını bəyan eləmişdi.

ABŞ xarici işlər naziri Mayk Pompeo İranın peyk uçurmaqda istifadə elədiyi raketlərdə istifadə edilən texnologiyanın qitələrarası raket texnologiyası ilə eyni olduğunu bildirərək, yanvarın 3-də Tehran iqtidarını raket uçurmaq da daxil olmaqla, bütün ballistik raket fəaliyyətlərini dayandırmaq çağırışı eləmişdi.

Vaşinqton İranın ballistik raket fəaliyyətlərinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarına zidd olduğunu iddia edir. Tehran hökuməti isə bu raketlərin konvensiyaya uyğun olduğunu və qərarı pozmadığını bildirir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}