Təyyarələr toqquşdu –Rusiyada dəhşətli qəza

Təyyarələr toqquşdu –Rusiyada dəhşətli qəza

 

Rusiyada 2 qırıcı-bombardmançı Su-34 təyyarəsi toqquşub.

Bu məlumatı TASS agentliyi yayıb.

Məlumata görə, insident Uzaq Şərqdə baş verib.

Son məlumata görə, təyyarələrdən biri toqquşmadan sonra dənizə düşüb.

Axtarış tədbirlərinə başlanılıb. Pilotların taleyi naməlumdur.

Bir pilotun katapult etdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi Su-34 təyyarələrinin toqquşması ilə bağlı məlumat yayıb.

"Hər iki təyyarənin pilotu katapult edə bilib. Təyyarələr uçuşu döyüş sursatı olmadan həyata keçiriblər. An-12 təyyarəsi və iki Mi-8 helikopteri pilotların düşdükləri ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına başlayıb”, – nazirlikdən bildirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}