Dərbənddə törədilmiş terror aktında ölənlərin sayı 4-ə yüksəldi

Dərbənddə törədilmiş terror aktında ölənlərin sayı 4 nəfərə yüksəlib.

 Rusiya mətbuatı bildirir ki, ölənlərdən ikisi polis əməkdaşı, ikisi isə mülki şəxsdir. Daha 5 nəfər xəsarət alıb.

Xəbərə görə, avtomobil polis əməkdaşları onu saxladıqdan və sənədləri yoxlayan zaman baş verib.

***

11:59

Məlum olub ki, Dərbənd şəhərindən 15 km aralıda bu səhər törədilmiş terror aktı Dağıstanın Levaş rayonunun kəndlərindən birində yaşayan 53 yaşlı M.Qaziyevə məxsus "QAZel” avtomobilinin partladılması ilə törədilib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin avtomobildən həmçinin 28 yaşlı K.Qazıyev də istifadə edirmiş.

***

11:27

Bu gün səhər Bakı vaxtı ilə saat 10-da Dağıstan Respublikasının Dərbənd rayonundakı yol polisi postunda terror aktı törədilib.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Dərbənd şəhərindən 15 kilometr aralıda baş verib. Partlayış nəticəsində bir polis işçisi ölüb, daha üç nəfər xəsarət alıb. Mənbəyə əsasən, yaralı polislərdən ikisi Rusiyanın digər vilayətlərinin nümayəndələridir.

Terror aktı partlayıcı maddələrlə dolu "QAZel” avtomobilinin polis postunun yaxınlığında partladılması nəticəsində baş verib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}