Gürcüstanın bu günü və sabahı... - Qonşu ölkəni yaxın gələcəkdə nə gözləyir?

Gürcüstanın bu günü və sabahı... - Qonşu ölkəni yaxın gələcəkdə nə gözləyir?

 

Ölkədə yeni prezident seçkilərindən sonra az da olsa, coşmuş ehtiraslar, qarşılıqlı ittihamlar və bir sıra gərginliklər artıq arxada qalıb. Hakimiyyətdə olan "Gürcü Arzusu” Hərəkatı indi mümkün qədər öz mövqelərini gücləndirməyə çalışır. Ona görə də şəffaf siyasət düsturuna üz tutmağa məcbur olub.

Bunun üçün ilk addım kimi iqtidarı təmsil edən nazirlərin parlamentdə "nazirlik saatı” formatında 11 nazir hesabat məruzəsi ilə çıxış etməklə, addımlar atacaq. Nazirlər hökumət proqramının icrası ilə bağlı hesabatla parlamentin qarşısında çıxışla yanaşı, yeni tənzimləmələr təklif edəcəklər. Hesabatla yanaşı, millət vəkilləri nazirlərin hesabatlarını müzakirə edəcəklər. Dinləmələrlə bağlı xüsusi cədvəl də yaradılıb. Regional inkişaf və struktur naziri Maya Tsiktişvili (8 fevral), ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri Levan Davitaşvili (5-7 mart), ədliyyə naziri Tea Tsulukiani (19-22 mart), müdafiə naziri Levan İzoria (2-5 aprel), barışıq və vətəndaş birliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili (16-19 aprel), daxili işlər naziri Georgi Qaxaria (30 aprel-4 may), maliyyə naziri İvane Maçavariani (14-17 may), səhiyyə naziri David Sergeyenko (25-28 iyun), xarici işlər naziri David Zalkaliani (29 oktyabr-1 noyabr), iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobulia (12-15 noyabr), təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvili (1110-13 dekabr) millət vəkilləri qarşısında ilboyu rəhbərlik etdikləri nazirliklərlə əlaqədar hesabatlar verəcəklər.

Картинки по запросу Avaqyan heykəl

Müxalifət Axalkalakidə ucaldılan erməni abidəsinə qarşı çıxdı

20 yanvar tarixində Ahısqa (Samtshe-Javaxeti) vilayətinin Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağda etnik təmizləmə və terror siyasətində yaxından iştirak etmiş Mixeil Avagyanın abidəsinin ucaldılması ilə bağlı Gürcüstan müxalifətinin liderləri öz fikirlərini bildiriblər. "Avropalı Gürcüstan Partiyası”nın lideri Giga Bokeria və "Vahid Milli Hərəkat Partiya”sı siyasi şurasının üzvü Giorgi Baramia "Rustavi-2” telekanalının "P.S. Proqramı”nın hazırladığı xüsusi reportajda onlar bildiriblər ki, bu bir təxribatdır və iki dövlət arasında problemə yol açır.

"Avropalı Gürcüstan Partiyası”nın lideri Giga Bokeria öz fikrini belə izah edib: "Bu bizim vətəndaşlarımız arasında ciddi problemlərin ölkədaxili təxribatıdır. Kimlərsə bu təxribatı yaratmaqla vətəndaşlar arasında müəyyən problemlər həyata keçirmək niyyətindədir. Bu addım bizim maraqlarımıza qarşı, həm də rus təxribatçılarına əlverişli məqam yaratmağa atılan addımdır”. 
"Vahid Milli Hərkat Partiyası”nın siyasi şurasının üzvü Giorqi Baramia erməni təxribatına qarşı çıxaraq bildirib ki: "Abidənin açılış günü azərbaycanlıların ən həssas tarixi olan məhz 20 yanvara salınması Azərbaycan tərəfin böyük narazılığına səbəb olaraq iki dövlət arasında problemə yol açır”.

Gürcüstan 2019 cu ilin 10 mükəmməl türizm bölgəsi ola bilər

Dünya şöhrətli "The Telegraph” qəzetinin icmalçıları Gürcüstanı 2019-cu ilin 10 mükəmməl türistik bölgəsindən biri kimi təqdim edib: "Gürcüstan dünyanın ən gözəl ölkələrindən biridir. Qəribədir, görəsən bu ölkəni gəzməyə gedən turistlər niyə daha da çoxluq təşkil etmir. Uca dağları, qədim monastırları və qonaqpərvər xalqı olan bölgə həm də incədən də incə çaxır ölkəsidir. Keçən il Gürcüstanı 8 milyondan çox beynəlxalq turist ziyarət edib. İndi beynəlxalq turizmdə ucuz və maraqlı ola biləcək bu ölkələrə daha çox maraq vardır: Özbəkistan, Eritreya, ABŞ, Gürcüstan, Bolqarıstan, Fareri adaları, Lixtenşteyn, Ukrayna, Rumıniya və Portuqaliya.

Gürcüstanda ərzaq məhsulları kəskin bahalaşıb

Ötən ay ölkədə inflyasiya 1,3% təşkil edib. Bu barədə ölkənin Milli Statistika İdarəsi açıqlama veribdir. İllik inflyasiya isə 2,2% olub. Yanvar ayında ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, tərəvəzlərin qiyməti 15,8%, meyvə və üzümün qiyməti 5,8%, süd, pendir və yumurtanın qiyməti 4,7%, çörək və yulafın qiyməti 1,4%, balığın qiyməti isə 1,4%, bahalaşıb. Alkoqollu içkilər və tütünün qiymətində 5,8% bahalaşma qeydə alınıb. İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, alkoqollu içkilər və tütünün qiyməti 10,1%, səhiyyə xərcləri 3,4%, nəqliyyat xərcləri isə 1,7% artıb. Ancaq, bununla yanaşı, istər dövlət, istərsə də özəl sektorda çalışan vətəndaşların infliasiyaya görə maaşları indekasiyas olunubdur. Bu da ölkədə infliasiyanın böhran həddinə çatmaması üçün atılan zəruri addımlardan biridir.

Külək enerjisi sayəsində iqtisadi səmərə

Etnik separatizm siyasətini 29 ildir yönəldən bölücü qondarma "Abxaziya rejimi”nin sayəsində Gürcüstanın ən nəhəng elektrik enerjisi mənbəyi olan "İnquri SES” demək olar ki, ölkəni daim asılı durumda saxlayan faktorlardan biridir. Ona görə də külək elektrik stansiyalarının quraşdırılması ilə bağlı layihələrin həyata keçirilməsinə başlanılıb. Hökumətin açıqlamasına görə 2020-ci ildə 270 meqavat gücündə 5 külək elektrik enerjisi stansiyası fəaliyyətə başlayacaq.
İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natiya Turnava bu barədə belə bir fikir açıqlayıbdır: "Biz külək enerjisi ilə bağlı təhqiqatlar aparmışıq və hesab edirik ki, ölkənin elektrik sisteminin külək enerjisinə inteqrasiyası üçün imkanlar var. Texnologiyanın inkişafı enerji istehsalının qiymətinin azalması baxımından külək enerjisini daha cəlbedici edəcək. Araşdırmalara görə ölkədə 2020-ci ildə külək elektrik stansiyalarında 332 meqavat, 2025-ci ildə 665 meqavat, 2030-cu ildə isə 1330 meqavat gücündə elektrik enerjisi ala biləcək”.

Tiflis meriyasının şəffaflığı və 2019 cu il hədəfləri

Başkənd Tiflisin meri, məşhur futbolçu Kaxa Kaladze şəhərin infrastrukturunun inkişafı ilə bağlı hazırlanan proyektlərini təqdimat mərasimində geniş masştablı proyektlərin siyahasını təqdim edərək bildirib ki: "Rustaveli metrosu ətrafındakı yeraltı avtomobil keçidinin səliqəyə salınacaq. Həmin ərazinin bərpasına 1,3 milyon lari sərf ediləcək. "Redisson”un alt tərəfində yerləşən tunelin bərpası da nəzərdə tutulub. İndi buraya təşrif buyuran hər kəs yəqin ki, tunelin pis vəziyyətdə olduğunu bilirlər. Bu lahiyənin həyata keçirilməsinə 2 milyon lari sərf ediləcək”.

Tiflis-Kaxeti maqistral yolu strateji baxımnan hər cür əhəmiyyətə malikdir. Gürcüstana gələn qonaq ölkəyə bu yoldan daxil olur. Bu yol çox bərbad vəziyyətdədir. Həmin yolun sağ və sol tərəflərinin kənarlarını səhmana salmağa başlanılıb. Yer altında olan bütün komunikasiya vasitələri yenilənib. Həmçinin su, kanalizasiya xəttləri dəyişilib. Lahiyə çərçivəsində yaşıllq zolaqları və işıq sistemləri yenilənəcək. Avropa standartına uyğun işıq sərfiyyatına qənayət olacaq. LED- işıq sistemləri quraşdırılacaq. Yol infrastrukturu məsələsinin yaxşılaşdırılması 45 milyon lariyə başa gələcək. 7 milyon lari dəyərində yaşıllıq zolaqlarının salınması, 7 milyon isə işıq sisteminin yenilənməsinə sərf ediləcək. Bu lahiyə 2019 cu ildə sona çatacaq. Bundan başqa Tiflis meriyası Gorgasali küçəsinin bərpasını da planlaşdırır. Burada çay kənarındakı yol yeraltı tunel vasitəsiylə keçəcək və yer üstü hissədə yol yerində yaşıllıq zolağı salınacaq. Metexi körpüsünün davamında piyada körpüsü salınacaq. Bu körpü Avlabari metrosu ətrafını birləşdirəcək. Beləliklə də 10 hektardan çox ərazidə yaşıllıq zolağı salınacaq. Lahiyə isə 110 milyon lariyə başa gələcək və 2020 ci ildə başa çatacaq. Bundan başqa meriya Diğumi calası lahiyəsini də həyata keçirməyi panlaşdırır. Lahiyə üçün 11 milyon lari sərf ediləcək. Meriyanın əsas məqsədi isə ekalogiyanı mühafizə etməkdir. Məhz bu səbəblə meriya bir çox tikinti icazələrini ləğv edib.

25 müxalifət partiyası birləşir

Gürcüstanda 25 müxalifət partiyası bir araya gələrək proporsional seçki sisteminə keçid tələbi ilə imzatoplama kampaniyasına başlayırlar. Partiya liderləri başkənd Tiflisdə "Marriott Hotel”də bir araya gələrək bu barədə müzakirə ediblər. Bu partiyalar arasında "Vahid Milli Hərəkat”, "Avropalı Gürcüstan” və "Yeni Sağçılar” partiyaları da var. Prezidentliyə keçmiş namizəd Grigol Vaşadze bildirib ki, 25 partiya ölkənizin seçki sisteminin daha demokratik olması üçün vahid ideyada birləşiblər: "Biz vətəndaşlarla görüşərkən onlara deməliyik ki, sizin və övladlarınızın sağlamlığı ilə bağlı, sosial durumunuzun daha yaxşı olması üçün məhz yüz faizlıq proporsional seçki sisteminə keçiddən asılıdır. Biz onlara deməliyik ki, proporsional sistemə keçid bir partiyalı və bir liderli idarəçiliyin mümkünlüyünü azaldır. Bu sistem bizə xarici siyasətimizdə əldə etmək istədiyimiz naliyyətlərə daha tez çatmaq imkanı verəcək və təklif ətrafında demək olar ki, bütün siyasi partiyalar bir araya gəlirlər”. 
"Yeni Sağçılar” Partiyasının liderlərindən biri olan Mamuka Kaçitadzenin sözlərinə görə, majoritar sistemin saxlanılması səslərin oğurlanması deməkdir: "Bu gün çox maraqlı prosesə başlamışıq. Öz seçicilərmiz vasitəsi ilə 73 bələdiyyədən hakimiyyətə səsimizi çatdırmalıyıq ki, Gürcüstanda majoritar seçki sisteminin saxlanılması təlxəklildir. Məhz xalq deməlidir ki, majoritar sistemi istəmirik. Bu sistem səsləri saxtalaşdırmağın əsas vasitəsidir”.

Sabiq prezident Giorgi Margvelaşvili keçmiş işinə döndü

Gürcüstanın sayca 4-cü prezidenti olmuş Giorgi Margvelaşvili "Gürcüstan İctimai Əlaqələr İnstitutu”nda (GİPA) siyasət mövzusunda mühazirə kursu keçəcək. Keçmiş prezidentin mühazirə oxuyacağı kursun məqsədi, tələbələrə siyasətin praktiki və nəzəri əsaslarını öyrətməkdən ibarətdir. Bundan başqa gürcü siyasətində siyasi təfəkkürün formalaşdırılması məqsədi ilə mövzunu dərindən əhatələmək üçün fəlsəfə, iqtisadiyyat, ictimai əlaqələr, kütləvi informasiya vasitələri və digər mövzularına toxunacaq. Kursun gedişatı ərzində Gürcüstanda baş verən ictimai-siyasi hadisələrin müzakirəsi və analizi də müzakirə ediləcəkdir.
Demək olar ki, prezidentliyi dönəmində Giorgi Margvelaşvili həftədə 4 dəfə Tiflis Dövlət Universitetində beynəlxalq, beynəlxalq münasibətlər, siyasi texnologiyalar və innovasiya sahələri üzrə tələbələr qarşısında mühazirələr oxumuşdur. Faktiki olaraq, postsovet məkanına malik indiki 15 müstəqil dövlətin heç birində prezident olduğu dönəmdə ölkə başçısı həftədə bir neçə dəfə tələbələr qarşısında mühazirələr oxumayıbdır. Bundan əlavə, Giorgi Margvelaşvili prezident olduğu müddətdə həm də beynəlxalq analitik dərgi və TV kanalları üçün də xüsusi layihələrin müəllifi olubdur. Aldığı qonorarlarını isə Tiflis Dövlət Universitetində təhsil alan yetim tələbələrə təqaüd ayıraraq ünvanlı şəkldə onlara bağışlamışdır. Beləliklə Ziviad Qamsaxurdiya, Eduard Şevardnadze və Mixail Saakaşvili kimi eks prezidentlərdən fərqli olaraq, ən humanist dövlət başçısı imicini qazanmışdır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}