“Səddamı devirməklə səhv etdik, İrana girməli idik” - ŞOK AÇIQLAMA

“Səddamı devirməklə səhv etdik, İrana girməli idik” - ŞOK AÇIQLAMA

 

Sozcu.info xəbər verir ki, Danimarkada radikal sağçı Xalq partiyasının təmsilçisi Soren Espersen ölkəsinin 2003-cü ildə ABŞ-ın İraqı işğal eləməsində iştirak eləməklə xəta etdiyini söyləyib, yanlış ölkəyə hücum elədiklərini, əslində İrana hücum eləməli olduqlarını bildirib.

"İrana hücum eləməli idik”

Soren Espersen bir radio kanalına müsahibəsində Səddam Hüseynin devrilməsinin bütün bölgədə qeyri-sabitliyə səbəb olduğunu, İraqın işğalına dəstək verdikləri üçün peşman olduqlarını söyləyib. O, deyib: "Əlbəttə, Səddam Hüseyni əsla devirməməli və bütün bu drama səbəb olmamalı idik. Liviyada Qəddafi və Misirdə Mübarək kimi dünyəvi liderlər Yaxın Şərqdə sabitliyi təmin eləməli idi. Hamısının devrilməsinə və bu günkü xaosun yaradılmasına yardım elədik. Biz İrana hücum eləməli idik”.

İsrailli kürəkəni İrana hücum eləmələrini istəyib

Espersen deyib: "İsrailli kürəkənim də hələ o vaxtdan belə demişdi. O, İsraildə paraşütçü idi. Kürəkənim demişdi: "Səhv ölkəyə hücum edirsiniz. İrana hücum eləməlisiniz”. Ona qulaq asmalı idim”.

Ötən həftə Danimarkada Kopenhagen Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma nəticəsində verilən hesabatda, 2003-cü ildə Səddam Hüseyninin kütləvi qırğın silahına malik olmasını iddia edən idformasiyanın yalan olduğu bildirilib.

Hesabatda o dövrün Danimarka hökumətinin Vaşinqtonun əsas məqsədinin İraqda hökumət dəyişikliyi eləmək olduğunu bildiyi və hökumətin bu məlumatı ictimaiyyətdən gizlədiyi bildirilir.

Danimarka 2003-2007 illəri arasında İraqın işğalında 550 hərbçi ilə iştirak edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}