Putin anlayanda ki... - Rusiyanın Ukrayna və Gürcüstana müdaxilələrinin ƏSL SƏBƏBİ

Putin anlayanda ki... - Rusiyanın Ukrayna və Gürcüstana müdaxilələrinin ƏSL SƏBƏBİ

 

Ukraynanın "Apostrof” nəşrinə müsahibəsində ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin istefada olan 1-ci dərəcəli kapitanı, NATO-nun Rusiyadakı sabiq nümayəndəsi Harri Tabax Ukraynanın NATO-ya üzvlük şanslarını qiymətləndirib.

Sozcu.info  xəbər verir ki, amerikalı zabitin sözlərinə görə, NATO nizamnaməsi mübahisəli sərhədlərə maliik ölkələrin üzvlüyünü qadağan edir.

"NATO nizamnaməsində yazılıb ki, əgər mübahisəli sərhədlər varsa, bu, mümkün deyil. Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putinin Gürcüstanla və Ukraynaya qarşı müharibəyə başlamasının səbəblərindən biri NATO nizamnaməsinin mübahisəli sərhədləri olan ölkənin ittifaqa üzv olmasını qadağan etməsidir. İndi Gürcüstan və Ukraynada mübahisəli sərhədlər var”, - amerikalı zabit deyib.

O, Ukrayna prezidentliyə namziədlərin əksəriyyətinin 5-10 il sonra NATO-ya üzvlüklə bağlı vəd verməsini və Kiyevlə Moskva arasında mümkün razılaşmanı qiymətləndirib:

"Politoloq deyiləm ki, hansısa ehtimal edilən ssenarini qabaqcadan xəbər verə bilim. Mən bilirəm ki, keçmişdə Ukrayna Rusiyayla razılaşaraq onu qardaş ölkə hesab edərək ümid edirdi ki, Ukraynanı heç vaxt satmayacaq. Ukrayna 1994-cü ildə ABŞ, Avropa və Rusiyanın özünün zəmanəti altında sərhədlərini saxlamaq üçün nüvə silahını Rusiyaya verdi. Və bu sizin qardaş ölkə sizi bıçaqla kürəyindən vurdu. Siz yenə razılaşmaq istəyirsiniz?! Mən bir hərbçi kimi belə insanlarla ikinci dəfə razılaşmazdım”.

Harri Tabax Rusiyanın davranışlarına Qərbin reaksiyasının lazımı səviyyədə olmadığını söyləyib:

"Rusiya hərbçiləri Gürcüstan ərazisinə soxulanda NATO-nun Rusiya nümayəndəliyin rəhbəri idim. NATO Rusiya ilə münasibətləri dayandırdı, amma heç bir birgə əməliyyat, planlar yox idi, yalnız konfranslar və bəyanatlar var idi. Putin anlayanda ki, Gürcüstanla vəziyyətə görə heç kim reaksiya vermir, onlar bu andan Krımın tutulmasının planını hazırlamağa başladılar. Əgər biz bu gün Kerçen boğazındakı münaqişəyə məhəl qoymasaq, əgər heç nə etməsək, onda mən əminəm ki, onlar sizin Qara dənizə yolunuzu kəsəcəklər”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}