“Ərdoğanın oğluna silah çəkdilər...”

 


Türkiyənin Avropa işləri üzrə keçmiş naziri, 2013-cü ilin dekabrında polis və prokurorluq orqanlarının keçirdiyi rüşvət və korrupsiya əməliyyatında adı keçən Egemen Baxış həmin hadisələrə dair indiyədək heç yerdə yayılmamış məlumatı açıqlayıb.

Egemen Baxış "xaşxaşilər” adlandırdığı Fətullah Gülən tərəfdarlarının həmin həbs əməliyyatları zamanı prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın oğluna silah çəkildiyini deyib.

Keçmiş nazir deyib ki, həmin həbs əməliyyatları Ərdoğana və sadiq tərəfdarlarına qarşı qəsd idi.  "Bu qardaşınız da onlardan biridir. 25 dekabrda Türkiyənin ən yaxşı inşaat layihələrini həyata keçirmiş podratçıları həbsə atdılar. 25 dekabr 2013-cü ildə Rəisin (prezident Ərdoğanın-red.) oğlu Bilal Ərdoğana silah çəkdilər, bilirsinizmi? Bunlar belə şərəfsizdir. Bu xaşxaşilər elə xaindir ki, bizim dünyamızı qaraltdıqları bəs etmirmiş kimi montaj, qurama ilə axirətimizi də qaraltmağa çalışdılar. Bu Amerikan köpəkləri bizim dəyərlərimizə əl uzatdı, inancımıza əl atdı, ancaq onların necə inancsız olduqları üzə çıxdı”-Egemen Baxış İstanbulda Ərdoğan tərəfdarları qarşısında çıxışı zamanı deyib.

 

Xatırladaq ki, Fətullah Gülənin polis və prokurorluq orqanlarındakı tərəfdarları tərəfindən həyata keçirilən həmin rüşvət və korrupsiya əməliyyatında Ərdoğanın oğlunun da həbsinə sanksiya verilmişdi. Lakin Ərdoğan daha cəld tərpənərək fətullahçılara qarşı əks hücuma başladı, Bilalın həbsinə imkan vermədi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}