ATƏT PA-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

ATƏT PA-da Azərbaycanla bağlı qətnamə qəbul edildi

 

ATƏT Parlament Assambleyasının Kopenhagendə keçirilən illik Büro iclasında Azərbaycanla bağlı mühüm qətnamə layihəsi qəbul olunub.

Sozcu.info  xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, ATƏT Palament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev hələki qətnamənin detallarını açıqlamağı məqsədəuyğun hesab etməyib: "ATƏT PA-nın Bürosunun illik sessiyasında milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Büronun iclasında Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunur.

İclasda ATƏT PA-nın xüsusi nümayəndələrinin fəaliyyəti və seçki müşahidə missiyalarının hesabatları, Assambleyanın baş katibi Roberto Montellanın mandatının ikinci müddətə uzadılması məsələsinə baxılacaq.

Bununla yanaşı, Büro ATƏT PA-nın cari ilin 4-8 iyul tarixlərində Lüksemburqda baş tutacaq 28-ci illik və 4-6 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}