"Gülən Türkiyənin düşməni, Ərdoğan vətənpərvər prezidentdir"

 

"Gülən - Türkiyənin düşmənidir, ABŞ da Türkiyənin düşmənidir. Təkcə ona görə yox ki, Gülənə sığınacaq verir, həm də ona görə ki, onun fəaliyyətini maliyyələşdirir”.

Sozcu.info Anadolu agentliyinə istinadən bildirir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Moskvada keçirdiyi mətbuat konfransında deyib.

"ABŞ-da gizlənən və oradan öz vətənini tənqid edən bütün müxalifətçilər, o cümlədən Türkiyədəki son çevriliş cəhdinin təşkilatçısı vaiz Fəthullah Gülən də xaindirlər", - Jirinovski vurğulayıb.

"Rəcəb Tayyib Ərdoğan böyük vətənpərvər, görkəmli prezidentdir, ölkənin inkişafını istəyir. İstəmir ki, Türkiyəni hərbçilər və ya ABŞ idarə edib, onu əllərində oyuncağa çevirsinlər”, - LDPR lideri əlavə edib.

Onun sözlərinə görə, Rusiya Türkiyəni Ərdoğanın liderliyində dəstəkləyir və dialoqu yalnız onunla aparacaq, çünki məhz o, qanuni seçilmiş prezidentdir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}