Ermənistanın xarici işlər naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

 

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri – Edryu Şoffer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.

"Report” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan "Facebook” səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edək ki, iyunun 20-də həmsədlərin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyan görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}