Paşinyanın MƏXFİ MƏKTUBU: “Bir il ərzində qoşunları Qarabağdan çıxaracam”

Paşinyanın MƏXFİ MƏKTUBU: “Bir il ərzində qoşunları Qarabağdan çıxaracam”

 

Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun baş katibi Yens Stoltenberqə məxfi məktub yazıb.
Məktubda Paşinyan Dağlıq Qarabağ münaqişəsinin Ermənistanla NATO-nun sıx əlaqələr qurmasına maneə olduğunu vurğulayıb.

Ermənistanın baş naziri bu maneəni aradan qaldırmaq üçün bir il ərzində erməni qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa söz verir.

"Ermənistan qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə olması Ermənistan və NATO-nun yaxınlaşması yolunda əsas maneədir. Bu maneə bir il ərzində aradan qaldırılacaq. Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çıxarılması və ərazilər üzərindəki nəzarətin Azərbaycana ötürülməsi üzrə hazırlanmış plan çərçivəsində Dağlıq Qarabağın sonrakı taleyinin ümumxalq referendumuna çıxarılması təklif ediləcək”, - məktubda deyilir.

Ermənistan tərəfi bu məktubu saxta adlandırıb, hazırda, məktubun kim tərəfindən hazırlanması və yayılması ilə bağlı araşdırma aparılır./Publika.az/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}