Vitse-prezidentlər kimlər olacaq?

Vitse-prezidentlər kimlər olacaq?

 


 

Vətəndaşlar iqtidarda yeni simalar görmək istəyir

Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı keçiriləcəkReferendumun nəticələrinin necə olacağı heç bir şübhə doğurmadığı üçün cəmiyyətin əsas müzakirə mövzusu vitse-prezidentlərin kimlər olacağı ilə  bağlıdır. Hətta cəmiyyətin müəyyən bir hissəsi vitse-prezidentlik institutunun yaradılmasına mövcud məmur təbəqəsindən qurtuluş yolu kimi baxır. Əgər vitse-prezidentlərin seçimi də Konstitusiyaya dəyişiklik kimi seçicilərin ixtiyarına verilsəydi, heç şübhəsiz böyük əksəriyyət birinci vitse-prezident postunda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanı görmək istərdi. Bu sadəcə bizim iddiamız deyil. Əgər bu gün haqqı pozulan və ya yardıma etiyacı olan hər kəs Mehriban xanım Əliyevanı əsas ümid yeri kimi görürsə, bu artıq cəmiyyətin birinci vitse-prezident postunda kimi görmək istəməsinin sosial sifarişi kimi qəbul oluna bilər. Yəni tam cəsarətlə demək olar ki, Mehriban xanım Əliyevanın birinci vitse-prezident olması sosial sifarişdir. Əgər bu vəzifəyə Mehriban xanım Əliyeva deyil, bir başqa şəxs təyin olunsa bu cəmiyyətdə ümid qırıqlığına səbəb olacaq. Çünki cəmiyyətdə belə bir fikir hakimdir ki, mövcud məmur təbəqəsi prezident İlham Əliyevin islahatlarla bağlı fikirlərinin həyata keçməsinə mane olur, islahatları ləngidirlər. Məsələn, cəmiyyəti ən çox narahat edən sahələrdən biri olan təhsil sahəsində islahatlarla bağlı prezident fərmanı olsa da, islahatlar çox ləng gedir. Təhsil naziri Mikayıl Cabbarov da etiraf edib ki, təhsil sistemində islahatlara mane olanlar var. Nazir islahatlara mane olanların kimliyini açıqlamasa da, onların sovet təhsil sisteminin tərəfdarları olduqlarını söyləməklə faktiki olaraq islahatlara mane olanların kimliyinə də aydınlıq gətirib. İndi cəmiyyətdə belə bir ümid var ki, Mehriban xanım Əliyeva birinci vitse-prezident olarsa, islahatlar sürətlənə bilər. Mehriban xanım Əliyevanın birinci vitse-prezident olması ölkəni ekoloji problemlərin cəngindən xilas edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin də yolunu aça bilər. Bu gün heç kimə sirr deyil ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ətraf mühitə dağıdıcı zərbələr vuran məmur təbəqəsi ilə mübarizədə gücsüzdür. Yerlərdə icra başçıları bəzi işbazlarla əlbir olub meşələri, meşə zolaqlarını və yaşıllıqları məhv etməkdən çəkinmirlər. İş hətta o yerə çatıb ki, icra başçısının xeyir-duasını alan işbazlar meşələrin, dağların və çayların relyefini dəyişməkdən çəkinmirlər. Dağ yamaclarında müxtəlif obyektlərin inşası üçün dağın min illər ərzində əmələ gələn təbii relyefini bir neçə saatın içində məhv edən işbazlar bununla böyük fəlakətlərun bünövrəsini qoyduqlarının fərqində deyillər. Belə hallar zəlzələ zamanı təhlükəni daha da artıra, dağların uçmasına səbəb ola bilər. Ancaq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov belə fəlakətlərin bünövrəsini qoyan məmurlarla mübarizədəacizdir. Hətta nazir Hüseynqulu Bağırov paytaxt Bakıda belə yaşıllıqlların məhv edilməsinin qarşısını almaqda acizdir. Əks halda paytaxt sakinləri yaşıllıqların qırılmasının qarşısının alınmasına yardım etməsi üçün Mehriban xanım Əliyevaya müraciət etməzdilər. Məhz Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın məsələyə müdaxiləsi paytaxtda bir neçə dəfə yaşıllıqların qırılmasının qarşısını alıb. İndi cəmiyyətdə belə bir ümid var ki, Mehriban xanım Əliyevanın birinci vitse-prezident olması ətraf mühitin mühafizəsində yeni səhifə aça bilər.

Mehriban xanım Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyin olunması ölkədə ən ağrılı sahələrdən biri olan sosail sahənin də problemlərinin həllinə yardım edə bilər. Məlumdur ki, bu gün yardıma, köməyə ehtiyacı olan vətəndaş əli hər yerdən üzüləndən sonra Heydər Əliyev Fondunun prezidentinə müraciət edir. Məhz Mehriban xanım Əliyevanın müdaxiləsi, vaxtında yardımı onlarla insanı vaxtsız ölümdən, yüzlərlə insanı çarəsizlikdən xilas edib. Mehriban xanım Əliyeva bütün bunları dövlətin idarıçiliyində rəsmi mövqe tutmadan edib. İndi onun rəsmi olaraq səlahiyyətlər əldə etməsi yuxarıda qeyd etdiymiz və etmədiyimiz onlarla problemin həllini sürətləndirə bilər. Buna görə cəmiyyətdə böyük əksəriyyət Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunmasından yanadır. Əgər bu məsələ seçicilərin ixtiyarına buraxılsaydı, heç kim Mehriban xanım Əliyeva ilə rəqabət apara bilməzdi. Mehriban xanım Əliyevanın cəmiyyətdəki dəstəyini onun Milli Məclisə seçkilərdə qazandığı seçici dəstəyi də sübut edir.

Ən nəhayətdə Azərbaycan cəmiyyətinin 51 faizini təşkil edən qadınların təmsilçisinin bu gün dövlət idarəçiliyində daha üstün mövqe tutmasının zamanı gəlib-çatıb. Bu həm də bütün dünyada qadınların dövlət idarəçiliyində üstün mövqelər tutmağa başladıqları dövrümüzün tələblərinə cavab vermiş olar. Beləliklə də, istər daxili, istərsə də xarici amillər birinci vitse-prezident postuna ən layiqli namizədin Mehriban xanım Əliyeva olduğunu söyləməyə imkan verir. Birinci vitse-prezident vəzifəsinə kimin layiq olması məsələsində cəmiyyətin böyük əksəriyyətinin mövqeyi aydın olsa da, vitse-prezidentlərlə bağlı məsələ bir qədər fərqlidir. Hətta ayrl-ayrı ictimai-siyasi xadimlər tərəfindən vitse-prezidentlərin kimlərdən ibarət olması haqqında səsləndirdiyi fikirlər, bütövlükdə Konstitusiya islahatlarına kölgə sala bilər. Buna görə də, bəzi ictimi-siyasi xadimlər, partiya sədrləri bu məsələdə həsas davranmalı, öz arzu və istəklərini cəmiyyətə və prezidentə qəbul etdirməyə çalışmamalıdırlar. Çünki, Konstitusiyada ediləcək dəyişikliklər ölkədə idarəçilikdə yeni mərhələ açmalıdır. Bunu isə yalnız yeni, islahatçı şəxslərlə etmək olar.

Arzuman Loğmanoğlu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}