Qarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU

Qarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU

 

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Avstraliyanın bəzi rəsmilərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin "üzvləri”nin səfəri və səfər çərçivəsində keçirilən görüşlə əlaqədar Avstraliya hökumətinə və qanunverici orqanına etiraz məktubu göndərib. 

Sozcu.info-nun məlumatına görə, məktubda bildirilir ki, qondarma rejimin "üzvləri”nin Avstraliyaya səfər etməsi birbaşa Avstraliya hökumətinin rəsmi mövqeyinə ziddir. 

"Avstraliya hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olduğunu bəyan edib. Qeyd edirik ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda etnik təmizləmə aparılıb və yüz minlərlə soydaşımız öz torpaqlarından didərgin düşüb. Bu gün erməni diasporu Avstraliyada qondarma rejimi təbliğ edir və işğalın nəticələrini legitimləşdirməyə çalışır. Belə bir məqamda qondarma rejimin "üzvləri”nə bəzi Avstraliya rəsmiləri tərəfindən "xoş münasibət” göstərilməsini biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq qəbuledilməz hesab edirik”-deyə məktubda qeyd edilir.

Məktubu "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev, icmanın idarə heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Elçin Əhmədov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və.s imzalayıblar.    


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}