Hotel sahibləri etiraz aksiyası keçiriblər –Gürcüstanda

Hotel sahibləri etiraz aksiyası keçiriblər –Gürcüstanda

 

Gürcüstanın Kobuleti rayonunda hotel sahibləri etiraz aksiyası keçiriblər.

APA-nın xəbərinə görə, aksiyada iştirak edən etirazçılar Kobuletidə turizm mövsümünün müvəffəqiyyətsiz keçdiyini deyərək, bu səbəbdən də kiçik və orta sahibkarların kommersiya banklarından aldıqları mövsümi kreditləri ödəmək iqtidarında olmadıqlarını bildiriblər.

Etirazçılar hökümətdən kredit borclarının yenidən hesablanmasını və ya faiz subsidiyalarının verilməsini tələb edirlər.

Kobuleti meri Mirian Katamadze aksiyaçılarla görüşüb və problemin həlli istiqamətində işlərə başlandığını bilirib.

"Yerli rəhbərlik sahibkarlar üçün problemi yüngülləşdirmək üçün mərkəzi hökumətlə işləyir. Bank kredit faiz dərəcələrinə subsidiya verilməsi məsələsi müzakirə olunur, lakin bu, çətin bir prosesdir, konkret meyarların hazırlanması lazımdır. Yaxın vaxtlarda hər şeyə aydınlıq gətiriləcək və əhali müvafiq dəstək alacaq ", – deyə Mirian Katamadze bildirib.

Etirazçılar problem həll olunmayacağı təqdirdə aksiyanı daha da genişləndirəcəklərini bəyan ediblər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}