“Gürcüstanla ikitərəfli münasibətləri dərinləşdirməyi səbirsizliklə gözləyirik” - Pompeo

“Gürcüstanla ikitərəfli münasibətləri dərinləşdirməyi səbirsizliklə gözləyirik” - Pompeo

 

"ABŞ Gürcüstanla ikitərəfli münasibətləri dərinləşdirməyi səbirsizliklə gözləyir”.

Sozcu.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeonun Giorgi Qaxariaya Gürcüstanın baş naziri təyin olunması münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib.

Dövlət katibi qeyd edib ki, rəsmi Vaşinqton Gürcüstanla demokratiya, idarəetmə, iqtisadiyyat və ticarət, müdafiə və təhlükəsizlik, həmçinin insanlar arasında əlaqələr və mədəni təcrübə mübadiləsi sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Təbrik məktubunda ABŞ-ın Gürcüstanın ərazi bütovlüyü və suverenliyinə sarsılmaz dəstəyi bir daha təsdiq olunub.

M.Pompeo vurğulayıb ki, ABŞ NATO-nun 2008-ci ildə keçirilən Buxarest sammitinin Gürcüstanın Alyansa üzvlüyü ilə bağlı qərarını dəstəkləyir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}