Ərdoğan-Putin görüşünün PƏRDƏARXASI

Ərdoğan-Putin görüşünün PƏRDƏARXASI

 

İlqar Vəlizadə: "Rusiya Bəşər Əsəd tərəfindən çıxış eləməyə məcbur olacaq”

Kənan Paşayev: "Rusiyanın yeganə məqsədi Ərdoğanla Əsədi eyni masaya oturtmaqdır”

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Rusiyanın Soçi şəhərinə səfər edib.

Bildiyimiz kimi, Türkiyənin Suriyada həyata keçirdiyi "Sülh Bulağı”əməliyyatı ərəfəsində, oktyabrın 16-da R.Ərdoğan V.Putinlə telefonla danışaraq, Suriya məsələsini müzakirə edib. Oktyabrın 17-də isə PKK/YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib və terrorçulara 120 saat vaxt verilib.

Şübhəsiz, R. Ərdoğanla V. Putin arasındakı görüşdə Suriya ilə bağlı ciddi müzakirələr aparılacaqdı. Amma bu görüşdə tərəflər nəyi uzlaşacaq, yaxud nəyi uzlaşmayacaq əvvəlcədən söyləmək çətindir. Görüşün nəticəsinə təsir edəcək əsas amil isə bu gün Amerika-Türkiyə razılaşmasına PKK/YPG terror birləşmələrinin əməl etməsidir.

Maraqlıdır ki, razılaşmanın nəticəsi bəlli olmadan prezident Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması qərarını şərh edən "Die Welt” nəşrinin jurnalisti Mixael Stümer deyib ki, Rusiya prezidenti Vladimir Putin Suriyada "müharibəsiz qələbə” qazanmağı bacardı.

Əslində, ABŞ prezidenti D.Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması qərarının tam icra olunması mümkün görünmür. Çünki "New York Times” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Suriyanın neft bölgələrinin Bəşər Əsəd rejimi və Rusiyanın əlinə keçməsinin qarşısını almaq üçün Müdafiə Nazirliyinin planını qəbul etməyi düşünür və Suriyanın şərqində təxminən 200 hərbçi saxlamağı planlaşdırır.

"Yaranmış boşluğu Bəşər Əsəd tərəfi doldurmağa cəhd göstərir”

Картинки по запросу İlqar Vəlizadə

Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünü şərh edən politoloq İlqar Vəlizadə "Hürriyyət”ə dedi ki, görüşdə əsas məqsəd Suriya tərəfi ilə Türkiyənin münasibətlərinin tənzimlənməsi olacaq: "Şərtiq olaraq tənzimlənməsindən söhbət gedir. Çünki hazırda yaranmış boşluğu Suriya, yəni Bəşər Əsəd tərəfi doldurmağa cəhd göstərir. Belə ki, Suriya hakimiyyətinin yerli kürdlərlə razılaşması var. Bu razılaşmaya əsasən, Suriya qoşunlarını bir çox istiqamətlərdə kürdlər buraxırlar. Bu, daha çox Türkiyə ilə sərhəd regionlara aiddir. Amerika qoşunları oradan çıxır. Onları Suriya qoşunları əvəz edirlər. Əlbəttə, bu da Türkiyə ilə Suriyanı, yəni Bəşər Əsədlə Ərdoğanı üzə-üzə qoyur. Burada hər hansı bir toqquşma yaransa, Suriya hökumətinin müttəfiqi olan Rusiya müəyyən rol oynaya bilər. Yaxud Rusiya Bəşər Əsəd tərəfindən çıxış eləməyə məcbur olacaq. Bu da Rusiya-Türkiyə qarşıdurmasını qaçılmaz edir. Belə ehtimallar var. Bu ehtimalları minimuma endirmək üçün bu danışıqları aparmaq vacibdir. Eyni zamanda burada təxribatlar da baş verə bilər. Yeri gəlmişkən, Rusiyanın müdafiə naziri Şoyqu da bu barədə mətbuat konfransında danışıb. Əgər təxribat baş versə və təxribat nəticəsində Suriya-Türkiyə, yaxud Rusiya-Türkiyə qoşunları üz-üzə gəlsə, xoşagəlməz hadisə baş verəcək. Yəni böhranlı vəziyyət daha da mürəkəbləşəcək. Yəqin ki, Soçidə tərəflər çalışacaqlar bütün bu variantları nəzərdən keçirsinlər və  müəyyən ortaq məxrəcə gəlsinlər”.

"Rusiya Bəşər Əsədin təkidi ilə öz möveqlərində müəyyən dəyişiliklər etməyə məcbur olur”

İ.Vəlizadə vurğuladı ki, Türkiyə qətiyyətlidir: "Yəni Türkiyənin Suriyanın şimalında təhlükəsizlik zolağı yaratmaq məqsədi dəyişməz olaraq qalır. Buna Rusiya da kəskin olaraq etiraz eləmir. Amma Bəşər Əsəd bunun əleyinə çıxış edir. Rusiya da Bəşər Əsədin təkidi ilə öz möveqlərində müəyyən dəyişiliklər etməyə məcbur olur. Yəni qeyri-müəyyən vəziyyətdir və müəyyənlik gətirmək üçün tərəflər Soçidə məsələni müzakirə edəcəklər”.

"Rusiya-Türkiyə arasında da qaydalar müəyyən oluna bilər”

"Bu gün əsas müzakirə olunan məsələlərdən biri də humanitar məsələlərdir. Yəni regionda humanitar missiyaların həyata keçirilməsinə əngəl yaratmamaq üçün müəyyən bir plan, yaxud ümumi şərtlər müəyyən oluna bilər. O biri tərəfdən tərəflər arasında hansısa qaydalar da bu görüşdə müəyyən oluna bilər. Tutaq ki, Amerika-Türkiyə arasında bu qayadalar müəyyən olunub və atşəkəs olub. Rusiya-Türkiyə arasında da qaydalar müəyyən oluna bilər və bu qaydaları əsasında ya atəşkəsin davam etdirilməsi və yaxud silahlı kürd birləşmələrinin fəaliyyətinin müəyyən dərəcədə məhdudlaşdırılması ilə bağlı ola bilər”,- deyə politoloq əlavə etdi.

 "İndi də Rusiya ilə başqa razılaşmanın olmasına biz şahid ola bilərik”

İ. Vəlizadənin fikrincə, əgər bu gün PKK/YPG bölgədən çəkilməsə, Türkiyə əməliyyatları davam etdirsə, Rusiya vasitəçilik təklif edə bilər: "Rusiya həm kürdlərlə, həm də Bəşər Əsədlə vasitəçi rolunu oynaya bilər. Amerika ilə pis-yaxşı razılaşma var, indi də Rusiya ilə başqa razılaşmanın olmasına biz şahid ola bilərik”.

 "Bu, daha mürəkkəb razılaşma olacaq”

"Rusiyanın vasitəçilyi ilə PKK/YPG bölgədən tam geri çəkilə bilərmi” sualına İ. Vəlizadə belə cavab verdi: "Bu, ehtimallar var. Bu ehtimalları minimuma endirmək olmaz. Burada artıq təkcə kürdlər yox, Bəşər Əsəd də var. Yəni Türkiyə Rusiya ilə münasibətlərdə həm də Bəşər Əsədin rolunu və onun möveqlərini nəzərə almalıdır. Yəni Rusiya həm kürdlərlə, həm də Bəşər Əsədlə vasitəçilik etməlidir. Çünki kürdlər Bəşər Əsədin qoşunlarını bölgəyə dəvət ediblər. Ona görə, düşünürəm ki, bu, daha mürəkkəb razılaşma olacaq”.

 "Yeganə olkədir ki, Rusiya əksər qüvvələrə təsir göstərə bilir”

İ. Vəlizadənin sözlərinə görə, şərtlər nəzərə alınmasa, Rusiya Suriyada qələbə qazanıb: "Çünki indi Rusiya həm Bəşər Əsədə, həm kürdlərə, həm də Türkiyəyə müəyyən təsir göstərə bilir. İranın Suriyada mövqelərinə də müəyyən dərəcədə təsir göstərə bilir. Yeganə olkədir ki, əksər qüvvələrə təsir göstərə bilir. Təkcə İŞİD-ə və İdlibdə fəaliyyət göstərən qruplaşmalara təsir göstərə bilmir. Qalan bütün oyunçulara təsir göstərə bilir. Bu, o deməkdir ki, Rusiya Suriyada ən üstün mövqelərə malikdir. Bunu nəzərə alsaq, əlbəttə, bu, qələbədir. Burada tam qələbədən heç kəs danışa bilməz, heç kəs tam qələbə qazanmayıb, amma nisbi qələbədən danışa bilərik”.

"Kürd məsələsi Amerikanın regionda əsas layihələrindən biridir”

Amerikanın bölgədə 200 əsgər saxladığını diqqətə çatdırdıqda isə İ.Vəlizadə belə dedi:"Mən əvvəldən inanmırdım ki, Amerika Birləşmiş Ştatları Suriyadan çəkilsin və bu ölkədən əlini üzsün. Orada Amerika Birləşmiş Ştatları xərclər qoyub, o qədər infrastruktur qurulub. Baxmayaraq ki, indi ziddiyyətlər artıb. Eyni zamanda kürdlər Amerikanın regionda etibarlı müttəfiqləri sayılır. O biri tərəfdən bunu Amerikanın regionda ən yaxın müttəfiqi olan İsrail istəmir. Çünki İsrail də kürdlərə yardım göstərir. Əlbəttə, həm İsrail, həm də Amerika bu kürdlərdən əlini üzsə, onlar hansısa başqa müttəfiqi axtarmağa məcbur olacaqlar. Bu müttəfiq Rusiya, yaxud elə Bəşər Əsəd ola bilər. Düşünmürəm ki, Amerika buna imkan verəcək. Ona görə də, kürdlər üzərində öz nəzarətini saxlamaq üçün 200 hərbçini orada saxlayır. Burada neftdən söhbət getmir. Düzdür, deyirlər ki, əsas məqsəd neft yataqlarına kimisə buraxmamaqdır. Amma bu, əsas məqsəd deyil, əsas məqsəd kürdlərin üzərində təsiri saxlamaqdır. Kürd layihəsi Amerikanın regionda əsas layihələrindən biridir. Əlbəttə, Amerika kürdləri himayə edəcək. O barədə heç söhbət də ola bilməz. Himayə etməsə, bu kürdlər ya Rusiyanın oyunlarına oynayacaqlar, ya da Bəşər  Əsədin əsarəti altına keçəcəklər. Onu heç kəs istəmir”.

"Rusiya Suriyadakı ağırlığını artırmağa çalışır”

Картинки по запросу Kənan Paşayev

"Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə dedi ki, Amerika ilə Türkiyə arasında gəlinən razılığın ardından Rusiya Suriyadakı ağırlığını artırmağa çalışır: "Görüşdə əsas məqsəd Rəcəb Təyyub Ərdoğanın Bəşər Əsədlə razılığa gəlməsini təşkil etməkdir. Rusiya xarici işlər naziri Sergey Lavrov da bu haqda açıqlamasında bildirmişdi ki, biz 1998-ci ildəki Adana razılaşmasına nail olmağa çalışırıq. Açıqcası, Rusiya prezidenti Valdimir Putinin görüşdəki əsas məqsədi Ərdoğanı Bəşər Əsəd ilə eyni masaya oturdub, onlar arasında razılaşmaya nail olmaqdır. Əks halda, Rusiya ABŞ ilə Türkiyə arasındakı razılaşmanın ardından bölgədəki ağırlığını itirməsindən ehtiyat edir. Ərdoğanın Bəşər Əsədlə eyni masaya oturmağa razılıq verməsi isə şübhəli məsələdir”.

"Rusiyanın Türkiyəyə təzyiq edəcəyini düşünmürəm”

K. Paşayevin fikrincə, terrorçu qruplaşmalar tam olaraq geri çəkilmədiyi halda əməliyyat davam edəcək: "Lakin bu zaman Rusiyanın Türkiyəyə təzyiq edəcəyini düşünmürəm. Çünki əməliyyatlar yeni başladığı zamandan Rusiya Türkiyəyə təzyiq etmədi. Rusiyanın yeganə məqsədi Ərdoğanla Əsədi eyni masaya oturtmaqdır. Buna da nail ola bilər deyə, düşünürəm”.

Şamo EMİN



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}