“AİHM-də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı dinləmə gələn il baş tuta bilər” –Çingiz Əsgərov

 "Azərbaycan hökuməti bir neçə həftə öncə Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyini Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) təqdim edib”.

Bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

O bildirib ki, bu məsələ ilə əlaqədar Azərbaycan dünyanın aparıcı hüquqşünasları ilə müqavilə bağlayıb: "Bununla bağlı çox müfəssəl mövqe AİHM-ə təqdim olunub. Bu prosesdə sonuncu mərhələdir. Bundan sonra AİHM artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər”.

Ç. Əsgərov qeyd edib ki, AİHM öz qərarında bu iki şəxsin hüquqlarının pozulmasını müəyyən edəcək: "Ardınca Ermənistan bu qərarı icra etməli olacaq. Buna nəzarət isə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Nəticə isə Nazirlər Komitəsinin öz gücünü nümayiş etdirməsindən asılıdır”.

Ç. Əsgərov bildirib ki, Ermənistan qəbul olunan qərarı icra etməyə bilər: "Amma Avropa Şurasının müvafiq təsir mexanizmləri mövcuddur. Biz də bu mexanizmlərdən istifadə edəcəyik və mütəmadi məsələni qaldıracağıq ki, Ermənistan qərarları icra etsin”. (apa)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}