Saakaşvili Gürcüstanda növbədənkənar seçki tələbini alqışladı - Aksiya bu axşam davam etdiriləcək

 Bu barədə o, "Pirveli" teleşirkətinin birbaşa yayımında bildirib.

"Şübhəsiz, mən gürcü müxalifətinin tələbini alqışlayıram, mən bu prosesə fəal qoşulacam, Gürcüstanı xilas etmək lazımdır. Məndə heç vaxt olmadığı qədər ümid var! Biz hamımız dövlət quruluşunu və Gürcüstanın müstəqilliyini xilas etməliyik, ambisiyalarımızı təxirə salmalı və gürcü xalqını dəstəkləməliyik" , - deyə o, birbaşa yayımda vurğulayıb.

O, əlavə edib ki, aksiyanı ölkənin bütün regionlarına yaymağı və etirazları davam etdirməyi əhəmiyyətli hesab edir.

"Report” xatırladır ki, ötən gün parlament binası qarşısında keçirilən mitinq gecə saatlarında başa çatıb, ancaq yaxınlıqdakı ərazidə bir neçə çadır qurulub, onlarla insan yerdə gecələməyə qərar verib. Aksiya iştirakçıları tonqal qalayıblar, onlar özləri ilə isti geyim və yemək gətiriblər...

Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası bu gün saat 19:00-da bərpa olunacaq



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}