Erməni mətbuatı Saakaşvilinin iddia dolu çıxış etdiyini yazır: “Naxçıvan və Kür-Araz ovalığına qədər ərazilər ermənistana qaytarılmalıdır”

Erməni mətbuatı Saakaşvilinin iddia dolu çıxış etdiyini yazır: “Naxçıvan və Kür-Araz ovalığına qədər ərazilər ermənistana qaytarılmalıdır”

 

Ermənistanın arcakh24.info saytı Mixeil Saakaşvilinin iddia dolu bir fikir paylaşdığını qeyd edir.

Sözügedən sayt iddia edir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkələrdə Naxçıvan və Kür-Araz ovalığına qədər ərazilərin Ermənistana verilməsi ilə bağlı fikir paylaşıb.

Məsələ ilə bağlı Mixeil Sakaşvili ilə əlaqə saxlamaq isdədik. Vahid Milli Hərəkat Partiyasının millət vəkili Azər Süleymanovun vasitəsilə sualımızı cavablandıran eks prezident Saakaşvili qeyd olunan informasianın təxribat olduğunu və xarici güclərin iki xalq arasında nifaq salması üçün mənasız cəhdlərdən biri olduğunu bildirib:

"Sözügedən tanınmamış bir sayt iddia edir ki, mən sosial şəbəkələrdə belə bir fikir bildirmişəm gülərək deyirəm, bu yalandır və təxribatdan başqa birşey deyil. Mənim hər zaman Qafqazdakı regional konfliktlərlə bağlı bir mövqeyim olub oda sərhədlərin dəyişdirilməsinin heç bir zaman yolverilməz olması. Bu gündə həmin mövqedə qalıram. Qafqazdakı və yaxın coğrafiyalardakı konfliktlər haqqında bütün çıxışlarımda dəfələrlə bildirmişəm ki, onların real və ədalətli həlli Osetiya və Abxaziyanın Gürcüstana, Qarabağın Azərbaycana, Krımın Ukraynaya qaytarılmasından keçir”.

Saakaşvili həmçinin bildirib ki, Gürcü Arzusu iqtidarına qarşı kütləvi etirazlar genişlənən günlərdə iki xalq arasında etnik narazılıq yaratmaq uğursuz cəhdlərdir:

"Bu cür yalan informasiyalar Gürcüstan müxalifəti ilə Gürcüstanın türk əhalisi arasında etimadsızlıq mühiti yaradılmasına hesablanıb. Başqa heç bir səbəb tapmaq mümkün deyil. Ayrıca, Azərbaycan hakimiyyəti ilə bizim münasibətlərimizin sarsılmaz şəxsi dostluq səviyyəsində olduğunu hər kəs bilir. Prezident İlham Əliyev mənim qardaşımdır. Bir daha bəyan edirəm ki, gürcülər və azərbaycanlılar Qafqazda dostluğu tarix boyu sınanmış və hər dəfə də bu sınaqlardan mərdliklə çıxmış iki xalqdır. Gürcüstanda və Azərbaycanda iqtidarda hansı qüvvənin təmsil olunmasından asılı olmayaraq, hər iki dövlət müstəqilliyini bərpa edəndən sonra strateji müttəfiqlik kursunu qoruyub. Bu strategiyanın davam edəcəyinə heç kimin şübhəsi olmasın. Elə buna görə də azərbaycanlıları bu cür informasiya təxribatlarına uymamağa çağırıram”. - deyə eks prezident Mixail saakaşvili bildirib.

Qeyd edək ki, bu və ya ölkədə baş verən digər proseslərlə bağlı yaxın günlərdə eks prezident Mixeil Saakaşvili ilə telekörpü yaradacağıq.

Erməni mətbuatı Saakaşvilinin iddia dolu çıxış etdiyini yazır: “Naxçıvan və Kür-Araz ovalığına qədər ərazilər ermənistana qaytarılmalıdır”

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}