İlham Əliyev zəlzələdən zərər çəkmiş ailədə qonaq oldu - Kəmaləddin Heydərovdan hesabat + FOTOLAR

İlham Əliyev zəlzələdən zərər çəkmiş ailədə qonaq oldu

 

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

Sozcu.info xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.

Dövlət başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}