Sosial işçilər tərəfindən ehtiyacı olan şəxslərə evlərində xidmət göstərilməsinin yeni modeli hazırlanır

Sosial işçilər tərəfindən ehtiyacı olan şəxslərə evlərində xidmət göstərilməsinin yeni modeli hazırlanır

 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyacı olan şəxslərə evlərində sosial işçilər tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı yeni model üzərində işləyir".

 

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanlara sosial işçilər tərəfindən evlərində xidmət göstərilir: "İl ərzində Nazirliyin 1000-ə yaxın sosial işçisi tərəfindən təxminən 10 min insana bu mexanizm vasitəsilə evlərində yardım edilib. Hazırda bu istiqamətə uyğun olaraq yeni model üzərində işləyirik. Bu model daha da təkmilləşdiriləcək".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}