Venesuelada yeni siyasi qarşıdurma – Müxalifət liderinə cinayət işi açıldı

Venesuelada yeni siyasi qarşıdurma

 

Venesuela Ali Məhkəməsi müvəqqəti prezident Xuan Quaydonun qiyam, gizli anlaşma, vətənə xəyanət və çevriliş cəhdində ittiham edilən dörd silahdaşına qarşı cinayət işi açıb.

Ötən gün Venesuela Ali Məhkəməsi hakim Nikolas Maduro rejiminə müxalif Milli Assambleyanın dörd deputatına qarşı məhkəmə işi başladıb. İş adi cinayət məhkəməsinə təqdim edilib.

Parlamentin dörd üzvü qiyam, gizli anlaşma və vətənə xəyanətdə günahlandırılır. Maduro rejimini dəstəkləyən Konstitusiya Assambleyası 2017-ci ilin avqustunda Milli Assambleya ilə münasibətdə özünü daha yüksək orqan elan edib, habelə dörd müxalifətçinin parlament toxunulmazlığının ləğv edildiyini bildirib.

İttiham edilən şəxslərin yanvar ayından Nikolas Maduro ilə hakimiyyət uğrunda mübarizə aparan müvəqqəti prezident Xuan Quaydo ilə əlaqələri var. İttiham müxalifətçilərin aprelin 30-u hakimiyyətin ələ keçirilmə cəhdində mümkün iştirakı ilə bağlıdır. AP agentliyinin məlumatına əsasən, siyasətçilərdən heç biri hələlik azadlıqdan məhrum edilməyib, lakin onların harada olduqları məlum deyil.

Daha əvvəl hakim rejim Xuan Quaydonu və digər görkəmli müxalifətçi Leopoldo Lopesi yeni hərbi çevrilişə hazırlıqda ittiham edib. Guya sui-qəsdçilər ordu kazarmalarını ələ keçirməyi və Karakasda hökuməti devirməyi planlaşdırıblar.

Maduronun başçılığı altında solçu millətçi hökumət ilə Quaydonun başçılığı altında sağ mərkəzçi müxalifət arasında hakimiyyət uğrunda mübarizə artıq bir neçə ildir davam edir. 50-dən çox dövlət Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb. Onların arasında ABŞ və Almaniya da var. Bununla belə, hakimiyyət hələ də Nikolas Maduronun əlindədir. Ordu da Maduro tərəfdədir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}