YAP-ın gözlənilən siyahısı - adlar, dairələr...

 

Zəruri qeyd: Bu yazı sırf təhlilə, deputatların fəaliyyətinə, qismən də bəzi dəqiqləşdirilməsi hazırda mümkün olmayan  iddialara əsaslanır

Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərini həftəsonu və ya gələn həftə açıqlaya bilər. Bu siyahıya ölkədə ciddi maraq var ki, bu da təəccüblü deyil. Çünki YAP-ın siyahısı seçkiyə hakim partiyanın münasibəti deməkdir. Bu səbəbdən müxtəlif iddialar, siyahılar olmasına qıcıqlı münasibət gərək deyil. Bu kimi "siyahılar”, təhlillər  hər seçkidə olur.

Tanış olacağınız yazı YAP-ın siyahısı deyil, bu, kimsədən alınmayıb və ya kimsə bunu redaksiyaya "ötürməyib”. Hələ bu ilin noyabr ayında  partiya funksioneri Siyavuş Novruzov diqqətçəkən bir açıqlama vermişdi. O qeyd etmişdi ki, YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlil aparıb. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunub. Daha sonra isə konkretləşdirmişdi: "Artıq hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bizə bəllidir”. 

Bu yazı da sırf təhlilə, deputatların fəaliyyətinə, qismən də bəzi dəqiqləşdirməsi hazırda mümkün olmayan  iddialara əsaslanır. Yəni indidən bu da "virtual siyahıdır” deyə bilənlərə səslənirik:   YAP-ın siyahısını partiya sədri olan prezident İlham Əliyev təsdiqləyir, mandatı isə seçici verir...             

2015-dəki siyahıdan başlasaq...    

Beləliklə, ondan başlayaq ki, 2015-ci ildə YAP Milli Məclisə seçkilərdə yalnız 8 dairədən namizəd irəli sürməmişdi. Bundan başqa, YAP 2010-cu ildə partiya  siyahısından deputat seçilən  13 nəfəri 2015-ci ildə siyahısından kənar saxlamış, 53 deputatının namizədliyini isə  təkrar irəli sürmüşdü. Namizədlərdən 25-i qadın idi... 

Картинки по запросу YAP 2015-dəki siyahı

YAP 2015-ci ildə hansı deputatlarla parlamentdə təmsil olunmuşdu?   

Mehriban Əliyeva ( vitse-prezident seçilib), 

Vasif Talıbov,

İsa Həbibbəyli,

Eldar İbrahimov,

Siyavuş Novruzov,

Ülviyyə Həmzəyeva,

Kəmaləddin Qafarov,

Aydın Hüseynov,

Mixail Zabelin,

Rauf Əliyev,

Hikmət Məmmədov,

Məlahət Həsənova,

Rövnəq Abdullayev,

Dilarə Cəbrayılova,

Şəmsəddin Hacıyev,

Sevinc Fətəliyeva,

Ağacan Abıyev,

Səməd Seyidov,

Pərvin Kərimzadə,

Naqif Həmzəyev,

Xanlar Fətiyev,

Musa Quliyev,

Mərcan Xəlilov,

Tahir Mirkişili,

Muxtar Babayev(nazir təyin edilib)

Oqtay Əsədov,

Aydın Mirzəzadə,

İlham Məmmədov,

Əli Hüseynov,

Azar Badamov,

Yevda Abramov (vəfat edib)  

Tahir Süleymanov,

Eldəniz Səlimov,

İlham Əliyev,

Müslüm Məmmədov,

Əliağa Hüseynov,

Arif Rəhimzadə,

Elçin Quliyev,

Rüstəm Xəlilov( icra başçısı təyin edilib),

Əhliman Əmiraslanov,

Malik Həsənov,

Mirkazım Kazımov,

Nəriman Əliyev,

Hadı Rəcəbli,

Cavanşir Paşazadə,

Ziyafət Əsgərov,

Rəşad Mahmudov,

İqbal Məmmədov,

Əsabil Qasımov,

Şahin İsmayılov,

Tahir Rzayev,

Bahar Muradova,

Elman Nəsirov,

Cavid Osmanov,

Vüsal Hüseynov (Komitə sədri təyin edilib),

 Ağalar Vəliyev,

Sahibə Qafarova,

Sona Əliyeva,

Kamran Bayramov,

Sevinc Hüseynova,

Rafiq Məmmədhəsənov,

Nizami Cəfərov,

Nəsib Məhəməliyev

Kamilə Əliyeva,

Yaqub Mahmudov,

Aqiyə Naxçıvanlı,

Bəxtiyar Sadıqov,

Astan Şahverdiyev( vəfat edib),

Mahir Abbaszadə,

Cavid Qurbanov,

Elman Məmmədov,

İmamverdi İsmayılov.  

Картинки по запросу Naxçıvan deputatları

Naxçıvan deputatları: kim qala, kim gedə bilər?  

Uzun illərdir ki, YAP-ın Naxçıvan MR-da təşkilat sədri olan Vasif Talıbovun yenidən hakim partiyanın deputat siyahısına başçılıq edəcəyi gözləniləndir.  Eldar İbrahimovun YAP-ın siyahısında olmayacağı dəqiqdir.  Çünki artıq 75 yaşı var. İsa Həbibbəyli də cavan sayılmaz. Onun da 70 yaşı var. Amma Naxçıvanı təmsil edən akademik  daha 5 il mandat almağa iddialı ola bilər. Ülviyyə Həmzəyevaya gəlincə, o, Naxçivandan deputat olanların ən gənci (38) olsa da, əvəzləyə bilərlər. O da  YAP-ın Naxçıvan təşkilatının İdarə Heyətində təmsil olunur. Onu bu dəfə İdarə Heyətində olan daha  bir qadın Yazgül Rzayeva ilə əvəzlənə bilər. Əməkdar həkim olan Y. Rzayeva Naxçıvan Dövlət Universitetinin baş müəllimidir.  Yeri gəlmişkən, V.Talibovun oğullarının adı da ehtimal kimi səslənir. 37 yaşlı Rza Talıbov Ali Məclis sədrinin böyük oğludur. O, Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının şura üzvüdür.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, eyni zamanda Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olan oğlu Seymur Talıbovun adı da iddiaçılar arasında olması mümkündür. Amma Naxçıvan Ali Məclisinin  yenə sədri olacağı gözlənilən (orada da 9 fevralda növbədənkənar seçkidir) V.Talıbov YAP-ın siyahısında özünün təmsilçiliyi daha realdır.

YAP uzun müddətdir ki, Naxçıvandan  Respublika Həmkarlar İttifaqının sədri bitərəf Səttar Möhbalıyevin  namizədliyini dəstəkləyir. Amma bu dəfə o dairədən yeni deputatın adının olacağı deyilir. Yeri gəlmişkən, S.Möhbalıyev  vəzifədən çıxarılan bir yüksək rütbəli məmurla yaxın qohumdur. 

BAXCP sədri Qüdrət Həsənquliyev ən fəal deputat olsa da, onun son vaxtlar MR rəhbərliyi ilə münasibətlərində gərginlik var.  O səbəbdən bu dəfə bu dairə YAP namizədinə də verilə bilər. Q.Həsənquliyevin Bakıdan istənilən dairədən deputat seçilmək şansı yüksəkdir.    

Nəhayət, Naxçıvanın deputatı YAP İcra katibinin müavini Siyavuş Novruzov barədə. Onun adı üzərində də xeyli iddialar var. Namizədliyi olmayacaq və sairə... Siyavuş Novruzovun adı partiya sıyahısında o halda olmaya bilər ki, onu hansısa yüksək vəzifəyə təyin edələr. Bu baş verməyəcəksə, S.Novruzovun adının siyahıdan çıxarılmasının heç bir məntiqi izahı indilikdə yoxdur.     

Картинки по запросу Azay Quliyev       

Binəqədili deputatlar 

Üç deputatı olan bu rayonda YAP-ın yenidən bitərəf Azay Quliyevə dəstək verəcəyi şübhə doğurmur. Bu başqa dairədə ola bilər, amma A.Quliyev YAP-ın dəstəyinə ümid edə bilər. Madər Musayevə isə YAP bu dəfə güzəştə getməz. Bitərəf kimi 10 saylı dairəni "zəbt edən” M.Musayev 71 yaşında olsa da, parlamentdə 71 kəlmə söz etməyib. Ona cəmiyyətdə də  antipatiya çoxdur. Danışmadığı üçün həm də. YAP-ın  Binəqədidən  Kəmallədin Qafarov adlı deputatın isə nə tanıyan var, nə fəallığını görən. Yəni Siyavuş Novruzovun dediyi "imtahan”dan kəsilənlərdən biri heç şübhəsiz K. Qafarov ola bilər. Bu səbəbdən xeyli müxalifətçinin də qatılacağı gözlənilən  Binəqədi dairələrindən YAP daha güclü və şanslı namizədlər müəyyən edə bilər. 

Mixail Zabelin əvəzedilməzdir?

Qaradağ-Binəqədi-Yasamal dairələrinin YAP-dan dəyişməz namizədi Mixail Zabelinin yenidən namizəd olacağı  gözlənilir. Baxmayaraq ki, artıq o da kifayət qədər yaşlanıb. 

YAP-ın çətin seçimi- Xəzər rayonu

Vitse-prezident Mehriban Əliyevanın deputat seçildiyi(14 saylı Xəzər) dairədə YAP-ın kimi namizəd göstərəcəyi maraqla gözlənilir.  Bu barədə müxtəlif spekulyasiyalar da  var. O səbəbdən daha doğrusu, gözləməkdir. YAP-ın Xəzər-Pirallahı dairəsindəki namizədi Rauf Əliyevi dəyişmək ehtimalı var, amma onun da namizədliyi müzakirə mövzusu ola bilər.         

Картинки по запросу Rasim Musabəyov           

Yasamalda da çətin seçim olacaq

YAP ötən seçkidə Yasamaldakı dörd dairənin hamısını "uduzub” və hamısı hakim partiyanın kursunu dəstəkləyən namizədlərdir.  Bunlar  Ülvü Quliyev, Aytən Mustafazadə, Elşad  Məmmədov və Rasim Musabəyovdur. Bu seçkidə adıçəkilən dairələrdə  "qırğın” gözlənilir. ADP sədri, Müsavat başqanı, AMİP-in katibi və daha bir neçə müxalifətyönümlü bu dairələrdə namizədliyi elan edib.  YAP-ın böyük ehtimalla bu dəfə, "döyüşə” öz namizədlərini atması gözlənilir.  Rasim Musabəyov, Elşad  Məmmədov kimi "dişsiz” deputatlardan yaxa qurtarmaq olar. Ülvü Quliyevin yenə mandat almaq şansı ola bilər. Aytən Məmmədzadə isə çətin ki bu "basabasda” özünə yer tapa bilsin. Amma YAP yenə dəstəklərsə...    

İki deputatı olan  Nərimanov dairəsi

Bu dairədən YAP-ın iki deputatı mandat alıb: "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədovla sabiq polis rəisi Adil Əliyev. Böyük ehtimalla hər iki deputat lap fərqli dairədən olsa da, YAP-ın siyahısında namizəd göstəriləcəklər.    

Картинки по запросу SOCAR prezidenti

Nəsiminin üç mandatı     

Burdakı üç deputat yerinə yalnız bir namizəd  YAP sıyahısından deputat seçilib- Məlahət  İbrahimqızı. Digər iki mandatı Asim Mollazadə(partiya sədri)  və Ziyad Səmədzadə(bitərəf) alıb. Əlbəttə ki, YAP-ın dəstəyi ilə həm də. Bu dəfə nəsə demək çətindir. Ziya Səmədzadə xeyli yaşlaşıb, amma fəal deputatdır, hakimiyyətə yaxın şəxslərdəndir.  Seçkiyə getmə desələr, getməyəcək təbii ki... Asim Mollazadə də müəyyən vaxtlarda hakimiyyətə dəstək verən, beynəlxalq təşkilatlarla aşkar-gizli əlaqələri ola partiya sədridir. YAP-ın zəif namizədi ona rəqib olsa, A.Mollazadənin də  seçilmək şansı ola bilər.   

Nizamidə iki sual

Nizami rayonun YAP-ın iki deputatı haqda da fikir yürütmək asan deyil. Çünki biri SOCAR prezidenti, digəri isə rayon təşkilatının xanım sədridir. Sədaqət Vəliyevanın bu dəfə daha fəal gənclərdən biri ilə əvəzlənəcəyi deyilir. SOCAR prezidenti ilə bağlı qərarı isə daha yüksək instansiya  verməlidir.

Daha kimlərə şans verilməyə bilər?

Sabunçu dairəsindən YAP-ın Dilarə Cəbrayılova, Səbayeldən Şəmsəddin Hacıyevə, Xətaidən Hüseynbala Mirələmova, Suraxanıdan Ağacan Abıyevə dəstək verməyəcəyi deyilir. Xətai seçki dairələrində də YAP-ın həmişə bitərəflərə güzəşt etdiyini  nəzərə alsaq, bu dəfə də bəzi sürpriz adlar bu dairədən YAP-ın dəstəyi ilə və ya siyahısında  mandat almağa iddia edə bilər. Səməd Seyidovun isə YAP sıralarından yenə Xətaidən( və ya başqa dairədən)  namizəd olacağını demək mümkündür.     

"Gəncədən gəlirəm, yüküm...”

Gəncədən 2015 seçimlərimdə YAP-ın 4 dairədən dörd namizədi mandat alıb. Amma heç biri YAP-ın etimadını doğrultmuş sayılmaz.  Pərvin Kərimzadə, Naqif Həmzəyev, Xanlar Fətiyev və Musa Quliyev. Sonuncu istisna olmaqla Gəncənin  deputatları hansısa  fəaliyyətləri ilə seçilməyiblər. Naqif Həmzəyev az-çox fəaliyyəti haqda nəsə demək olar, digər iki deputat isə mandatdan gözünü çəkə bilər. Xanlar Fətiyevin biznesmen kimi mediada barəsində çox yazılıb,  parlamentdə isə heç bir iş görməyib və YAP onu "işinin arxasınca” göndərə bilər.  Amma Musa Quliyev üçün də siyahında olmamaq  təhlükəsi gözləniləndir.

Sumqayıtdan kim qayıdır?

2015-də Sumqayıtın  üç deputat yerindən ikisi YAP-ın namizədinin olub. Muxtar Babayev hazırda ekologiya və təbi sərvətlər naziridir.  Tahir Mirkişili passiv deputat sayılmaz, amma siyahıya düşməyə bilər. Eləcə də heç bir fəallığı ilə seçilməyən Mirzəcan Xəlilovn yenidən adını siyahıda görməyə bilər. Bu Hacı Salayev (Sumqayıt-Xızı dairəsi) də aiddir...

Ölkənin rayonları...

Rayonlara gəlincə, Aydın Mirzəzadə, Əli Hüseynov YAP-ın siyahısında olmaması sürpriz sayıla bilər. Amma Əliağa  Hüseynov, Eldəniz Səlimov, Tahir Süleymanov, Müslüm Məmmədov, Elçin Quliyev, Mirkazım Kazımov, Hadı Rəcəbli, Əsabil Qasımov, Tahir Rzayev, Cavid Osmanov, Ağalar Vəliyev, Sahibə Qafarova, Kamran Bayramov, Rafiq Məmmədhəsənov, akademik Yaqub Mahmudovun və daha bir neçə deputatın  YAP-ın siyahısına düşməyəcəyi söylənilir. ”Daha bir neçə deputat” dedikdə bunlar hələ də dövlət postu tutanlardır ki, böyük ehtimalla onlar da mandatlarını itirəcəklər.                

Ərazisi işğal olunmuş rayonlarla bağlı da ciddi dəyişiklik olacağı gözlənilir. Bu dairələrdən bitərəf, amma daha gənc və perspektivli  namizədlərin ya YAP tərəfindən irəli  sürüləcəyi və ya bitərəf namizəd kimi dəstəklənəcəyi  gözlənilir.   

Картинки по запросу Ziyad Səmədzadə, Fəttah Heydərov, Zeynəb Xanlarova, Madər Musayev, 

Sonda

Bəzi  xəbər saytlarında  Ziyad Səmədzadə, Fəttah Heydərov, Zeynəb Xanlarova, Madər Musayev, Flora Qasımova, Elşən Musayev,  Əflatun Amaşov, Elmira Axundova və  Zahid Oruc kimi şəxslərin də adı YAP-ın siyahısında olmayacağı deyilib. Halbuki bu şəxslərin YAP-ın siyahısına heç bir dəxli yoxdur. Amma əminliklə demək olar ki, Zeynəb Xanlarovaya  kimilərinə "yer tutmaq” lüksü tanınmayacaq.         

Milli Məclisin YAP-dan olan vitse-spikeri Ziyafət Əsgərovun Ali Məhkəmənin sədri, Əhliman Əmiraslanovun isə səhiyyə naziri təyin olunacağı üçün siyahıya düşməyəcəkləri barədə iddia da diqqət çəkəndir. Amma reallıqla əlaqəsi var, ya yox bunu da yaxınlarda biləcəyik.    

Bir az da gözləyək...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}