Müxalifət dairələrdə bir-birinə rəqib olur, həm də güzəştsiz

 

Gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar müxalif namizədlər məlum olmağa başlayıb. Burada əsas diqqətlər şübhəsiz ki, bir sıra dairələrdə toqquşan müxalif namizədlərə yönəlib.

 

Onlar arasında ümumi razılığın olub-olmayacağı, bu iddiaçıların bir-biriləri ilə necə mübarizə aparacaqları ciddi müzakirə olunur.

33 saylı Xətai Seçki Dairəsindən AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli, "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Müsavat Məclisinin rəhbəri Nüşabə Sadıxlı və D18 Hərəkatının sədri Ruslan İzzətli namizəd olmağa iddialıdır.

 

Əhəd Məmmədli: "Bu cür vəziyyətin yaranması təbiidir”

Əhəd Məmmədli: ile ilgili görsel sonucu

Ə.Məmmədli bu cür rəqabəti normal sayır: "Mən bu cür halları normal hesab edirəm. Seçkilərdə bu cür vəziyyətin yaranması təbiidir və xoşagələndir. Mən həmişə sağlam rəqabətin tərəfdarı olmuşam. Seçkilər fəal, rəqabətli şəkildə keçməlidir. Özümə gəldikdə isə biz ailəliklə Xətai 33-cü dairəsində 1979-cu ildən yaşayırıq. Yəni yaşadığımız binalar tikiləndən ailə olaraq o ərazidə məskunlaşmışıq. Bu sözləri ona görə dedim ki, mənim Xətai 33-cü dairədən namizədliyimin irəli sürülməsinin səbəbləri budur. Yaşadığım, qeydiyyatda olduğum yerdən namizədliyimi irəli sürürəm. O ki qaldı müxalif namizədlərin birlikdə fəaliyyətinə, bunu məqbul sayıram. Dəfələrlə də təcrübədən keçmiş bir məsələdir”.

Əsl rəqabət isə 9 saylı Binəqədi dairəsində yaşanır. Burada əsas iki namizəd gündəmdədir ki, bunlar vaxtilə AMİP-də partiya yoldaşları olublar. Bu namizədlər Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ə AMİP katibi Əli Orucovdur.

Əli Orucov ile ilgili görsel sonucu

Əli Orucov: "Başqaları kimi o dairəyə seçkilərdə gəlmirəm”

Ə.Orucov: "Müxalifət düşərgəsinin 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıqsız və pərakəndə getməklə yanaşı, həm də bir-birilərinə rəqib olmaları hakimiyyətin şanslarını daha da artırır. Göründüyü kimi, təkcə partiya funksionerləri deyil, liderlər də seçki dairələrində bir-birilərinə güzəştə getmədilər. Belə görünür ki, bəzi müxalif siyasi qüvvələr ümidini seçicilərin səsinə yox, hakimiyyətin seçiminə bağlayıb. Əks təqdirdə, narazı elektoratın səslərini parçalamağa imkan yaratmazdılar. Onsuz da müxalifət partiyalarının irəli sürdüyü namizədlərin çox hissəsi formaldır və görüntü yaratmaqdan başqa bir şey deyil. Parlament seçkiləri kifayət qədər insan və maliyyə resursları tələb edir. Bütün namizədlərin də belə resursları cəmləşdirə biləcəyi inandırıcı deyil.  Seçki dairələrindəki məntəqə komissiyalarında müşahidəçi, məşvərətçi komissiya üzvləri, vəkillər, seçicilərlə işləyən şəxsləri, üstəlik də maddi-texniki resurslar cəlb etmək heç bir namizəd üçün mümkün görünmür. Müxalif partiyaların durumu da hər kəsə məlumdur. Mövcud reallıqları dəyərləndirmədən seçkilərdə bu şəkildə iştirakı, sadəcə, dekorasiya adlandırmaq olar. Yaxşı olardı ki, heç olmasa partiyaların irəli sürüdüyü üst düzey namizədlərin dairələri razılaşdırılardı. Mənim namizəd olaraq irəli sürüldüyüm 9 saylı Binəqədi 2-ci DSK-da müxalifət namizədləri ilə toqquşmaq qaçılmaz olub. Amma bu məni əsla narahat etmir. Çünki həmin dairə bizim-AMİP-indir. Həm də mən 30 ildən çoxdur həm dairənin ərazisində yaşayıram, iş yerim orada olub. Dostlar, tanışlar, qohum-əqrəbalar və s. üstəlik də AMİP Binəqədi rayon təşkilatının ən güclü təşkilatlarımızdan biri olması bizim şanslarımızı digərlərindən daha yüksək edən amillərdir. Bir rayon sakini kimi bizim problemlərimiz də birdir, onun həlli yollarına da birgə nail olmalıyıq. Yəni mən başqaları kimi o seçki dairəsinə seçkilərdən-seçkilərə gəlmirəm. Buna baxmayaraq, məncə, reallıqları qiymətlədirərək, seçki prosesində müəyyən razılaşmalar əldə etmək olar. Yetər ki, partiya və şəxsi maraqlardan imtina üçün iradə ortaya qoyulsun. AMİP-in namizədinin qələbəsi həm də ümumi müxalifət düşərgəsinin qələbəsi kimi qəbul edilməlidir. Yaxud da digər müxalifət partiyasının. Bu cür qəbul olunmasa, sonradan hakimiyyətin üzərinə bütün günahları atmaq ədalətsiz olardı. Ötən parlament seçkilərində həmin dairədə haqqıma girildi, inanıram ki, növbədənkənar parlament seçkilərində ədalətli yanaşma olacaq”.

15 saylı Yasamal  dairəsindən isə Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu və AMİP-in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev namizəddir.

Elşən Mustafayev: ile ilgili görsel sonucu

Elşən Mustafayev: "Vahid namizəd məsələsini müzakirə etmək olar”

E.Mustafayev: "Eyni dairədən müxtəlif partiyaların nümayəndələrinin namizədliklərini verməsi həmişə olub. Yalnız bloklar yaradılanda orada təmsil olunan partiyalar dairələr üzrə razılığa gəlirlər. Məsələn, mənim namizəd olduğum 15 saylı dairədən bildiyim qədər Sərdar Cəlaloğlu və Arif Hacılı da namizəd olmağı planlaşdırır. Məsələn, Sərdar Cəlaloğlu hələ namizədliyini irəli sürməmiş digər partiyalardan olan namizədlərlərlə bağlı müxtəlif fikirlər söyləməyə başlayıb. Hesab edir ki, o, əgər partiya sədridirsə, deməli, onun şansı böyükdür və digər partiyalardan olan namizədlər ona rəqabətdə uduzurlar. Kökündən yanlış və uğursuz fikirlərdir. Ölkə miqyasında elə də tanınmayan, amma dairəsində tanınan və effektli kampaniya aparan biri ortaya çıxıb, həmin sədrləri seçki qutusunun küncünə sıxışdırar. Indiyədək olan parlament seçkilərində belə təcrübələr olub. Odur ki, ölkə miqyasında tanınmaq hələ o demək deyil ki, böyük nüfuz sahibisən və sənin üçün hansı dairədən namizəd olmağın əhəmiyyəti yoxdur. Əsas odur ki, insanlar səni hansı reputasiya ilə tanıyır, sənə münasibət müsbət, ya mənfidir. Şəxsən mən dairəmin ərazisində yaşayan, dairə ərazisindən kənarda tanınmayan, amma yaxşı kampaniya aparacaq bir namizədi özümə daha ciddi rəqib hesab edirəm, nəinki partiya sədrlərini. Elə namizədlərlə seçki dövründə razılığa gəlib, qüvvələri birləşdirib, vahid namizəd məsələsini müzakirə etmək olar”.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Sərdar Cəlaloğlu: "Nə adla namizədliyimi geri götürüm?”

S.Cəlaloğlu: "Arif bəy namizədliyini verəndən sonra onunla heç bir təmasım olmayıb. Sadəcə, namizədlik məlum olmadan qabaq onunla görüşüb danışmaq barədə razılığa gəlmişdik. Alternativ  olmamağı müzakirə etməli idik. Məndən sonra öz namizədliyini verib. Buna heç nə deyə bilmərəm. Açığı, ondan sonra əlaqə saxlamağı mənasız hesab etdim. Çünki artıq qeydiyyatdan keçmişəm, hesab açmışam, bütün sənədləri vermişəm. Onunla eyni vaxtda, yaxud ondan sonra namizədliyimi versəydim, təbii ki, mütləq iddiamı geri götürə bilərdim. İndi nə adla namizədliyimi geri götürə bilərəm? O, məndən iki həftə sonra namizədliyini irəli sürüb. Artıq bu problem Arif bəylikdir. Adi üzvlər olsaydı, əlbəttə, razılığa gəlmək olardı. O adam ağıllı adamdır, əvvəlcədən bilirdi ki, oradan namizədliyimi vermişəm. Əgər bundan sonra oradan namizədliyini verirsə, demək, güzəştə getmək fikri yoxdur. Əvvəlcədən fikirləşməli idi ki, bu olmaz”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}