“GƏLİN, QAZAX ÜÇÜN BİRLƏŞƏK!” - Ramil Göyüşovun seçicilərə ilk müraciəti (VİDEO)

“GƏLİN, QAZAX ÜÇÜN BİRLƏŞƏK!”

 

(R) 107 saylı Qazax Seçki Dairəsindən deputatlığa namizəd, "Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Ramil Göyüşov seçicilərə ilk videomüraciətini ünvanlayıb.

Namizəd seciciləri Qazaxın inkişafı üçün birləşməyə çağırıb. Millət vəkili seçilərsə, bu məqsədə daha tez çatacaqlarını vurğulayıb.

Namizədin videomüraciətini təqdim edirik:

 

 

Ramil Göyüşovun 18 illik fəaliyyəti və gələcək planları

107 saylı Qazax Seçki Dairəsindən deputatlığa namizəd, "Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Ramil Göyüşovun bölgədə həyata keçirdiyi layihələrin bir hissəsnini təqdim edirik. Eyni zamanda namizəd Milli Məclisin üzvü seçilərsə, nəzərdə tutduğu fəaliyyət planını da açıqlayıb:

ŞƏXSI MƏLUMAT:

 

 

1977-ci il təvəllüdlüdür, Qazaxda yaşayır, iki övladı var. Gəncə Azərbaycan Dövlət Aqrar Universitetində (Keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutu) təhsil alıb. İxtisası "İqtisadiyyatın idarəedilməsi"dir.

İŞ TƏCRÜBƏSI:

2002-ci ildə "Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi adlı Qeyri- Hökümət Təşkilatı yaradıb və hal-hazırda təşkilatın rəhbəri vəzifəsini daşıyır.

YERLİ VƏ BEYNƏLXALQ DONORLARIN MALİYYƏ DƏSTƏYİ İLƏ SON İLLƏRDƏ GÖRDÜYÜ İŞLƏR:

- Hal-hazırda 2020- Samux rayonunun Alıuşağı kəndində və İnstitut qəsəbəsində iki tibb məntəqələrinin tikilməsi

- Qərb regionunda 2007 ci ildən başlayaraq indiyənədək – QİÇS və İİV-lə mübarizə metodlarının inkişaf etdirilməsi və regionda yayılmasının qarşısının alınması

- 2019 – Ağstafa rayon Aşağı Kəsəmən kəndində uşaq bağçasının təmiri

- 2019 - Qazax rayonunun Qaymağlı kəndində Yem Emalının tikilməsi üçün investisiya cəlb etdi 

- 2018 - 2019 Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün "Gənc Sahibkarlıq Sinerji (YES!) Şəbəkəsi" layihəsi çərçivəsində bir çox gəncin biznes planın yazılması, şəxsi işin yaradılması və sahibkarlığın inkişaf etdirilməsi kimi bacarıqları təkmilləşdirib və Qazax və Ağstafa rayon prioritet sahələri üzrə inkişaf planı hazırlamışdır. Həmçinin Gürcüstan və Azərbaycan sərhəd rayonları arasında Birgə Fəaliyyət Planı hazırlanmışdır. 

- 2018 - Qazax Rayon Yuxarı Salahlı Kəndində Tibb məntəqəsinin tikilməsi

- 2018 – Qazax rayon Çaylı kəndində Uşaq bağçasının bərpası 

- 2017 - "Qazax rayonunun Çaylı kəndinin şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün 

1) Şəhidlər xiyabanında Azərbaycan bayrağı yeniləndi, abadlıq və bərpa işləri aparıldı 

2) Çaylı kəndinin içməli suyunun təmizliyinin və axın sürətinin artırılması üçün suyun mənbəyində yeraltı, üstü örtülü 2 gözlü hovuz tikildi. 

3) kəhrizin son on illərdə batdığı 2 quyusu yeni beton konstruksiyalarla bərpa edilib və 121 metr məsafədə suyu birləşdirərək heç bir itkiyə yol verməyərək birbaşa tikilmiş su hovuzuna birləşdirilib və 9007 nəfər sakini olan Çaylı və Bala Çaylı (Kommuna) kəndinə gələn içməli suyun həcmini və axın sürətinin artırmasına nail olundu. 

4) su hovuzunun yanındakı meşədə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün bulaq çəkildi, arxın üstündə körpü salındı və su hovuzunun yanına 50 ədəd küknar ağacı əkildi 

5) su hovuzunun yanına keçmək üçün su arxınının üzərində beton vasitələrindən körpü salınaraq, yolun üzərində Azərbaycan Bayrağının fonunda 26 şəhidin adını əlifba sırasıyla əks etdirən iri plakat yerləşdirildi və kəhrizə gedən 560 metr xarab yol çıngıl-xır tökülərək düzəldildi. 

- 2015 – Qazax rayonun Daş Salahlı Kəndində tibb məntəqəsinin tikilməsi üçün investisiyanın cəlb olunması

NÖVBƏTI 5 ILDƏ QAZAX RAYONUNUN MİLLƏT VƏKİLİ SEÇiLƏRSƏ, GÖRƏCƏYİ İŞLƏR

- Qazax rayonuna müxtəlif beynəlxalq və yerli investisiyalar cəlb etməklə, Qazax rayonunun kəndlərində infrastrukturun yaradılması və bərpası (bağçaların, məktəblərinin, tibb məntəqələrinin, idman zallarının, yolların və ictimai nəqliyyat sisteminin bərpası və yaxud yaradılması) 

- Sərhəd bölgələrində yaşayan insanlar üçün imtiyazların bərpası və artırılması 

- Sərhəd bölgələrində bələdiyyələrin yaradılması və torpaq islahatları 

- Gürcüstanla əlaqələrin genişləndirilməsi, gediş-gəliş sisteminin asanlaşdırılması və ticari bazarın yaradılması 

- Qazax rayonunun təmizliyi və ekologiyasının qorunması üçün tədbirlərin keçirilməsi 

- Qazax rayonunda məmur özbaşnalığının aradan qaldırılmasına ictimai nəzarəti artırmaqla nail olmaq 

- Qazax rayonunda aztəminatlı ailələrə yardım proqramlarının gücləndirilməsi və uşaq pulu məsələsinin qaldırılması 

- Qazax rayonunda yaşayan vətəndaşların problemlərini həll etmək üçün komanda və əhali ilə birgə çalışmaq 

- Qazax rayonunda yaşayan kimsəsizlər üçün qayğı mərkəzləri yaratmaq. 

- Qazax rayonunda kənd təsərrüfatını inkişaf etdirmək üçün innovativ metodlardan istifadə etmək, sahibkarlara məhsullarını yerli və beynəlxalq bazara çıxarılması üçün yardım etmək, sığorta insititutunun fəaliyyətini əlçatan etmək 

- Gənclərin inkişafı və asudə vaxtlarını səmərəli istifadə etmək üçün Dövlət proqramları ilə yanaşı innovativ sistem yaratmaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}