Prezidentin köməkçisi : "Azərbaycanın ərazi bütövlüyünə dair Avropa İttifaqının mövqeyini alqışlayırıq"

 

"Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dair Avropa İttifaqının dəyişməz mövqeyini alqışlayırıq”.

Sozcu.info xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün tanınmasına dair Avropa İttifaqının (Aİ) qəbul etdiyi sənədi şərh edərkən bildirib.

"Brüsseldəki "Şərq Tərəfdaşlığı" proqramının zirvə görüşünün yekun sənədlərinə, Aİ ilə Azərbaycan tərəfindən hazırlanmış "Tərəfdaşlığın öncüllükləri” adlı sənədə diqqət yetirsək, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün birmənalı dəstəkləndiyini görərik”, - Prezident Administrasiyasının rəsmisi deyib.

H.Hacıyev həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə dair mövqeyin əks olunduğu "Xarici siyasət və təhlükəsizlik sahəsindəki Aİ-nin ümumi siyasəti barədə” qətnaməni də eyni mövqenin davamı olaraq səciyyələndirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}