SEVİNC FƏTİYEVA SEÇİCİLƏRİN ETİRAZI İLƏ QARŞILAŞIR - "10 ildə bir dərdimizə dərman olmayıb, yenə namizədliyini verib..." + VİDEO

SEVİNC FƏTİYEVA SEÇİCİLƏRİN ETİRAZI İLƏ QARŞILAŞIR

 

30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyi YAP tərəfindən 3 -cü dəfə irəli sürülən Sevinc Fətəliyeva növbəti seçici etirazı ilə üzləşib.

Bundan əvvəl Zığ kəndində seçicilərin etirazı ilə qarşılaşan S.Fətəliyeva onların haqlı sualları qarşısında çətin vəziyyətdə qalıb.Qapalı zalda təşkil olunan görüşdə seçicilər YAP-çı deputatdan namizədliyini geri götürməyi tələb ediblər.

 

 

Bu gün AFN-ə müraciət edən Suraxanı rayonu Bahar yaşayış massivinin sakini İsa Cəlilov bir qrup seçici adından danışdığını deyib və S.Fətəliyevadan narazı olduqlarını bildirib: "O artıq iki dəfə bizim deputatımız olub. Heç bir fəaliyyətini görməmişik, dərdimizlə maraqlanmayıb, bizimlə görüşüb nədən narazı olduğumuzu, nə istədiyimizi soruşmayıb. 5 ildən bir üzünü görürük. 

Dəfələrlə qəbulunda olmuşuq, yol, qaz, işıq, su, marşrut problemlərimiz olub diqqətinə çatdırmışıq, heç birinə də reaksiya verməyib. Deyə bilərlər ki, deputat bu işlərə baxmır, bəli, razıyam. Deputat qazla, su ilə, işıqla, yolla təmin etmir, amma bu xidmətlərin həyata keçirilməsi zamanı əsaslanılan qanunları parlament qəbul edir. Deputat seçici ilə dövlət arasında bir körpü olmalıdır həm də.

Bizi narazı salan problemlərin həllini müvafiq dövlət qurumlarından tələb etməlidir. Amma Sevinc Fətəliyeva ən "asan" variantı seçib - seçicilərini görməzdən gəlir, yox sayır. 10 ildə bir dərdimizə dərman olmayıb, yenə namizədliyini verib. Zığdakı görüşdə üzünə deyilən sözlərin hamısını bizim yaşadığımız əraziyə də aid etmək olar. Biz də o xanımın dediklərilə şərikik və Sevind Fətəliyevanı istəmirik. Yaxşı olar ki, bu xanım namizədliyini geri götürsün".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}