“Dəfələrlə icra başçısının qəbulunda olmuşam, amma...” – İmişli sakinindən Mehriban Əliyevaya müraciət : “Yoldaşım 130 manat pensiya alır, onu da kommunal borclara veririk”

“Dəfələrlə  icra başçısının  qəbulunda olmuşam, amma...” – İmişli sakinindən Mehriban Əliyevaya müraciət

 

İmişli rayon sakini Hüseynov Müzafət İbadət oğlu tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Hurriyyet.org vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətcinin məktubunu olduğu kimi dərc edirik:

"Hörmətli Mehriban xanım Əliyeva!

Sizə müraciət edən İmişli rayon sakini Müzafət İbadət oğlu Hüseynovdur. Sizə dəfələrlə işimlə bağlı müraciət etmişəm. Müsbət cavab almışıq. Lakin İmişli rayonunda mənim işimə baxan yoxdur. Məni get-gələ salırlar.

Dəfələrlə  İmişli rayon icra başçısının  qəbulunda olmuşam. Amma mənə bir iş vermirlər.

2010-cu ildən işləmirəm. Nə edim axı? İşsizəm, hal-hazırda oğlumla yaşayıram. Ailəlidir. 2 azyaşlı övladı var. O da işləmir. Yoldaşım isə 130 manat pensiya alır. Onunla dolanırıq. Təkcə kommunal borclara 130 manat veririk. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Sizdən çox xahiş edirəm, mənim işlə təmin olunmağımla bağlı aidiyyəti qurumlara göstəriş verin.

Hazırda evdə yaşamaq üçün isə heçnəyim yoxdur. Nə heyvanım var, nə də dolanmaq üçün  başqa bir şey var. Axı mən də Azərbaycan vətəndaşıyam. Məni get-gələ salırlar. Hər dəfə kənddən rayonada getməyə pulum olmur. Deyirlər, "get bir aydan sonra gələrsən”. Axı mən nə edim?

Sizdən xahiş edirəm çox hörmətli Mehriban xanım, mənə köməklik edin”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}