Kreml “düyməyə” basdı – Paşinyanın Moskvaya ilk rəsmi səfərini ləğv etdi

 

Rusiya onun Qarabağdakı adamını - "prezidentliyə” namizədi isə ölkəyə buraxmadı; Kremlin şərtləri var - "məxməri” baş nazirə ayrılan vaxt bitir...

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya aprelə nəzərdə tutulan rəsmi səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumatda o da bildirilir ki, səfər Moskvanın təşəbbüsü ilə təxirə salınıb. 

"Erməni tərəfinin səfəri məhz apreldə reallaşdırmaq yönündə bütün səyləri soyuq və sərt cavabla qarşılanıb. Bununla Rusiya prezidenti Vladimir Putin Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı qaldırılan cinayət işinə, habelə onun ev dustaqlığa belə buraxılmamasına neqativ münasibət bəslədiyini göstərib”, - deyə erməni nəşri yazıb.

Nəşrin Kremldəki məlumatlı qaynağının dediyinə görə, Rusiya Köçəryanın həbsini siyasi motivli sayır. Kremldəki mənbə onu da deyib ki, əgər yaxın zamanda Köçəryan ətrafında situasiya hüquq müstəvisində nizamlanmasa, o halda onun həbsi Rusiya-Ermənistan münasibətlərində ən aktual problemlərdən biri olacaq.

Xocalı soyqırımının təşkilatçısı olan Köçəryan 1 mart 2008-ci ildə İrəvanda ile ilgili görsel sonucu

Xatırladaq ki, həm də Xocalı soyqırımının təşkilatçısı olan Köçəryan 1 mart 2008-ci ildə İrəvanda prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən dinc nümayişçilərə (Nikol Paşinyan etirazların təşkilatçısı  olub) gülləbaran eləməkdə və 10 nəfərin qətlində ittiham olunur. Yəni əslində proses qətiyyən siyasi motivli deyil, məhz hüquqidir.

Di gəl, R.Köçəryan Rusiya prezidenti Vladimir Putinin dostudur. Kreml başçısı təcridxanada ikən ona ad günü təbriki göndərib. Ötən ilin oktyabrında isə İrəvanda olarkən Rusiya səfirliyində nümayişkaranə şəkildə Köçəryanın arvadı və oğlu ilə görüşmüşdü. Bundan əlavə, Moskva indiyədək bir neçə dəfə diplomatik kanalla İrəvana Köçəryanın azad olunmasının vacibliyi ilə bağlı mesajlar göndərib.

*****

Qeyd edək ki, hakimiyyətdə olduğu təxminən iki il ərzində Nikol Paşinyan hələ də Rusiyaya rəsmi səfər edə bilməyib. Analitiklərə görə, bunun da kökündə Kremli Paşinyanı hələ də "gizli qərbçi” hesab eləməsi və ona tam etimad göstərməməsidir.

Maraqlıdır ki, bu arada Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların "xarici işlər naziri” Masis Mayilyanın Rusiyaya girişi qadağan edilib. "168 Jam” qəzetinin bildirdiyinə görə, Mayilyanın federasiya ərazilərinə girişinə qadağa Rusiya hökuməti tərəfindən qoyulub. Rusiyanın Ermənistandakı səfirliyi məsələ ilə əlaqədar açıqlama verməkdən imtina edib.

kreml ile ilgili görsel sonucu

"Rusiyanın hakimiyyət orqanları Dağlıq Qarabağın bir sıra nümayəndələrinin federasiyaya girişini məhdudlaşdırmaq qərarına gəlib. Məlumata görə, martın 31-də keçiriləcək ”prezident seçkisi"ndə Masis Mayilyan "Dağlıq Qarabağ prezidenti” seçilsə belə, qadağa qüvvədə qalacaq və o, Rusiyaya gedə bilməyəcək. Mənbələrimizə görə, bu qərarı verməyin səbəbi Mayilyanın Qərblə sıx əlaqəsidir".

*****

Əlavə edək ki, Mail Masisyan "qərbyönlü” olmaqdan əlavə, həm də Paşinyanın saxta seçkilərdə dəstəklədiyi əsas namizəddir. Görünür, Moskva qoyduğu qadağa ilə həm də Paşinyana anlatmaq istəyir ki, Dağlıq Qarabağ separatçılarının başına onun adamının gəlməsini istəmir. Yada salaq ki, indiyədək separatçı rejimin başında duranların hamısı - Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan məhz Kremlə sadiq adamlar, hətta onun gizli servisinin təmsilçiləri olublar.           

O da diqqət çəkir ki, təxminən eyni gündə Rusiyanın nüfuzlu "Kommersant” qəzetində Ermənistanın həbsdə olan və məhkəməsi davam edən eks-prezidenti Robert Köçəryan haqqında geniş məqalə yayınlanıb. Məqalənin başlığı isə belə idi: "Heç kim və heç nə unudulmur”.

Elxan Şahinoğluna ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğluna görə, elə başlığın özü Moskvanın Paşinyana aydın mesajı sayıla bilər: "Kremlin sifarişi ilə yazılan məqalədə İrəvana xüsusi mesajlar da var. Birincisi, məqalədə göstərilir ki, Robert Köçəryan üzərindəki məhkəmə Ermənistanın daxili işi deyil: ”Moskva məhkəmənin gedişini diqqətlə izləyir. Köçəryan prezident Vladimir Putinin dostudur". İkincisi, məqalədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2018-ci ildəki sözləri xatırladılır: "Robert Köçəryanın həbsi Ermənistanın hazırki hakimiyyətinin özündən əvvəlki iqtidarlardan intiqam almayacağlna dair vədlərini sual altında qoyur”".

E.Şahinoğlu üçüncü məqama da diqqət çəkib: "Məqalədə yazılır ki, Putin həbsdə yatan Köçəryanı ad günü münasibətilə təbrik edib: ”Putin Avrasiya İqtisadi Birliyinin toplantısıyla əlaqədar İrəvanda olanda Köçəryanın xanımı və oğlu ilə görüşdü".

*****

Beləliklə, Kreml "Kommersant” qəzeti vasitəsilə yenidən Paşinyana xəbərdarlıq mesajı göndərib. Bunu qəzetdəki məqalənin sonuncu cümləsi də sübut edir: "Kremldən qəzetimizə ötürülən xəbərdə deyilir ki, Rusiya Köçəryana qarşı məhkəməni siyasi sifarişli hesab edir. Kremldən qəzetimizə onu da bildiriblər ki? Köçəryana qarşı məhkəmə çəkişməsinə son qoyulmasa, bu, Rusiya-Ermənistan münasibətlərində ciddi sual yaradacaq”".

Elxan Şahinoğlu hesab edir ki, Kreml açıq-aşkar Paşinyanı şantaj edir: "Köçəryan 2008-ci il prezident seçkisində dostu Sərkisyanı prezident kürsüsündə otuzdurmaq üçün polisə etiraza çıxanlara atəş açmaq əmri verib. Onlarla insan qətlə yetirildi. Mitinqi təşkil edənlərdən biri o zaman müxalifətdə olan Paşinyan idi. Ona görə də Köçəryan üzərində məhkəmə Paşinyan üçün vicdan məsələsidir. Ancaq Ermənistan tamamən Rusiyadan asılıdır və Paşinyan Köçəryanı həbsə göndərərsə, Moskva ilə münasibətləri gərginləşdirəcək. Odur ki, Paşinyan indi çox ciddi dilemma qarşısındadır. Köçəyranı həbs etmək Moskva ilə münasibətləri gərginləşdirəcək, eks-prezidenti azad etmək isə Paşinyanın prestijinə və hakimiyyətinin mövqelərinə ciddi zərbə vuracaq. Bütün hallarda Paşinyan ikisindən birini seçəcək”.

*****

Hələ ki "məxməri” baş nazir bacardıqca vaxtı uzatmağa və Moskvanın zərbəsindən yayınmağa çalışır. Lakin "Kommersant”dakı məlum məqalə, Paşinyanın adamı Masisyanın Rusiyaya girişinə qadağa qoyulması və baş nazirinin Moskvaya rəsmi səfərinin ləğv olunması ona işarədir ki, Ermənistan rəhbərinin vaxtı əslində çox qalmayıb. Paşinyan ətrafında həlqə saralır, ona ayrılan vaxt bitir...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}