Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

 

Bu il Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Sozcu.info xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, üçtərəfli görüşə Gürcüstan ev sahibliyi edəcək.

Bildirilib ki, ötən gün Bakıda Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında keçirilən görüşdə üçtərəfi hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub və bu formatın önəmi vurğulanıb.

Qeyd edək ki, üç ölkənin müdafiə nazirlərinin sonuncu üçtərəfli görüşü 2019-cu ilin iyununda Qəbələdə keçirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}