Ermənistan Qarabağ uğrunda heç vaxt müharibə etməyəcək -
Paşinyan
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ -
NƏ ZAMANA QƏDƏR?
SON DƏQİQƏ!
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi -
ƏFV ÜÇÜN...
Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERDİ
Ramin Abdullayevin Gəncə sakinlərinə yaşatdığı Kərbəla müsibəti...
DAVAM EDİR...
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb -
FAKTİKİ HAVA
QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” –
Və sahibkarları qəfil yoxlamaq dərdi
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Ərdoğanın İraqda imzaladığı sazişlərin Azərbaycana hansı təsirləri olacaq?
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
-Foto
Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
Əvvəlki
Sonrakı
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
18-04-2024, 19:45
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Onlar məcburən siyasi sifariş yerinə yetiriblər” - Prezidentin köməkçisi
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Rusiyanın TASS agentliyinin müxbirinə müsahibəsində ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendum və Azərbaycanda islahatlar barədə danışıb.
Sozcu.info
Azərtac-a istinadən həmin müsahibəni təqdim edir:
-Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar referendum keçirilməsi zərurəti hansı amillərlə bağlıdır?
-Azərbaycan Respublikasının hazırda qüvvədə olan Konstitusiyası 1995-ci ildə qəbul edilib. 2002-ci və 2009-cu illərdə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumlar keçirilib. Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi zərurəti son 7 ildə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklərlə, habelə regionda və dünyada cərəyan edən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranıb.
-Konstitusiya islahatı hansı sahələri əhatə edir?
-Referendum aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər edilməsi və onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulur. Əlavələr və dəyişikliklər insan haqlarının və azadlıqların müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini; effektiv və çevik dövlət idarəçiliyi mexanizminin formalaşmasını; həyata keçirilən iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəçilik mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyi, cəmiyyətdə sabitlik üçün əlavə təminatlar yaradılmasını nəzərdə tutur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir.
-Vitse-prezidentlik təsisatının tətbiq edilməsi nə ilə bağlıdır?
-Dövlət idarəçiliyinin səmərəli və çevik mexanizminin formalaşması, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmlənməsi üçün beynəlxalq təcrübədə də operativ və effektiv idarəetmənin təmin edilməsi üçün əlverişli mexanizm kimi özünü doğrultmuş vitse-prezidentlik təsisatı yaratmaq təklif olunur.
Dəyişikliklər dövlətin həyat fəaliyyətinin müxtəlif sahələrinə cavabdeh olan birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin təsis olunmasını nəzərdə tutur. Yeni idarəçilik təsisatı prezident idarəçilik formasının müasir çağırışlara adekvatlığını təmin edəcək və fors-major hallarında dövlət idarəçilik mexanizminin optimal funksionallığı üçün şərait yaradacaq. Yenilik ölkədə artıq uğurla həyata keçirilən iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi ideyasına xidmət edir. Yeni təsisatın formalaşması ilə əlaqədar Azərbaycan Prezidentinin səlahiyyətlərinin icraçı mexanizmi də dəqiqləşdirilir və dövlət idarəçiliyi mümkün risklərdən sığortalanır.
-Referendumdan sonra dəyişikliklərin nə dərəcədə tez tətbiq edilməsi nəzərdə tutulur?
-Əgər sentyabrın 26-da Azərbaycan xalqı Azərbaycan Konstitusiyasına dəyişikliklərin və əlavələrin lehinə səs verərsə, onda müvafiq dövlət orqanları tərəfindən təsdiq ediləndən sonra ölkə Prezidenti qanunvericilik qaydasında öz səlahiyyətləri çərçivəsində referendumun nəticələrinin reallaşdırılması proseduruna başlayacaq.
-Dövlət başçısının təşəbbüsünün cəmiyyət tərəfindən dəstəklənməsi ehtimalı necədir?
-Prezident İlham Əliyev xalqın çox böyük dəstəyini qazanıb və onun təşəbbüslərinin praktiki olaraq hamısı Azərbaycan vətəndaşları tərəfindən bəyənilir. Bu il sentyabrın əvvəlində nüfuzlu beynəlxalq sosioloji mərkəzlər tərəfindən aparılmış sorğuların nəticələrinə əsasən qəti demək olar ki, ölkə vətəndaşları Konstitusiyaya dövlət başçısı tərəfindən təklif edilən dəyişiklikləri və əlavələri dəstəkləyəcəklər.
Amerikanın "AJF&Associates, Inc.” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsinə razılıqlarını bildirib. Fransanın "Opinion Way” tədqiqat institutu tərəfindən keçirilmiş sosioloji sorğu da göstərib ki, respondentlərin 87 faizi Prezidentin təşəbbüsünü bəyənir.
-Dəyişikliklər və əlavələrdə yaş senzinin ləğv edilməsi nəzərdə tutulur. Bu, o deməkdirmi ki, respublikanın 18 yaşa çatmış vətəndaşı ölkənin prezidenti ola bilər?
-Beynəlxalq praktika göstərir ki, bir sıra ölkələrdə, məsələn Fransa və Finlandiyada seçkili vəzifələr üçün yaş senzi müəyyən edilməyib. Beynəlxalq təcrübəyə uyğun olaraq aşağı yaş senzinin aradan qaldırılması hər bir insanın öz potensialını reallaşdırmasına imkan verən mühüm amillərdən biridir. Bu, vətəndaşların, xüsusən gənclərin siyasi fəallığını stimullaşdırır.
Azərbaycan qanunvericiliyində yüksək vəzifələr tutmaq üçün 18-20 yaşlarında vətəndaşların dövlət vəzifələrinə seçilməsi və ya təyin edilməsi imkanını məhdudlaşdıran tələblər – ali təhsil və s. nəzərdə tutulur.
-Avropa Şurasının Venesiya Komissiyası lap yaxın günlərdə Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərə tənqidi münasibət bildirib. Siz həmin rəyi necə səciyyələndirərdiniz?
-Azərbaycan Avropa Şurasına daxil olandan sonra respublika hökuməti Venesiya Komissiyası ilə həmişə səmərəli əməkdaşlıq edirdi. Tərəflər ümumi dil tapır və bir-birinin mövqelərinə hörmətlə yanaşırdı. Bütün hallarda Azərbaycan tərəfinin rəyi və arqumentləri öyrənilir və yalnız bundan sonra komissiya öz rəylərini elan edirdi. Təəssüf ki, Azərbaycanda referendum məsələsinə dair bütün prosedur qaydaları kobud şəkildə pozulub. Adətən belə məsələləri üç ay ərzində nəzərdən keçirən komissiya bu dəfə tələm-tələsik, Azərbaycan tərəfinin dinlənilmək hüququna məhəl qoymadan, konspirativ formada, iki həftə ərzində özünün çoxsaylı qeyri-dəqiqliklər və kobud səhvlərlə dolu rəyini hazırlayıb və yayıb.
Venesiya Komissiyası ilə əməkdaşlıq təcrübəsinə əsaslanaraq, habelə onun fəaliyyətinin xarakterini nəzərə alaraq əminliklə demək olar ki, bu qurum öz nüfuzuna xələl gətirərək, məcburi şəkildə siyasi sifarişi yerinə yetirib.
-İqtisadi idarəçilik və dövlət idarəçiliyi sahəsində radikal islahatlar gözlənilirmi?
-Konstitusiya islahatının əsas ideyası dövlət idarəçiliyinin və iqtisadi idarəçiliyin daha səmərəli mexanizmlərinin yaradılması üçün zəruri şəraitin təmin edilməsidir.
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycan iqtisadiyyatını postneft dövrünün tələblərinə uyğun vəziyyətə gətirməli olan iqtisadi islahatlar ili kimi səciyyələndirib. Yeni mərhələnin əsas prioritetləri ölkə iqtisadiyyatının beynəlxalq məkanda rəqabət qabiliyyətinin artırılması olacaq. 2025-ci ilə qədər və sonrakı illər üçün nəzərdə tutulan ümumi hədəfləri müəyyən edən yeni iqtisadi islahatların yol xəritəsi artıq tərtib olunub.
Hesab edirəm ki, dərin iqtisadi transformasiya perspektivinə görə müvafiq dəyişikliklər aparılması və nəzərdə tutulan məqsədləri həyata keçirməyə qabil olan daha mükəmməl mexanizmlər yaradılması tələb olunur. Buna görə də şübhəsiz ki, dövlət idarəçiliyinin islahatı üzrə ardıcıl və konkret addımlar atılmalıdır.
Əminəm ki, Azərbaycan xalqı Prezidentin ölkənin yeni çağırışlara uyğun uğurlu inkişafını təmin edəcək qanunvericilik təşəbbüsünü dəstəkləyəcək.
Oxşar Xəbərlər
BDU-da “Tələbə Həftəsi” çərçivəsində görüş keçirilib
Prezident yeni fərman verdi, lisenziya alınması sadələşdi
Prezidentin köməkçisi KİV-lərə xəbərdarlıq etdi
Ekspert:"Üçtərəfli görüş regionda siyasi sabitliyə əvəzsiz töhfə verəcək"
Xəbər lenti
Ermənistan Qarabağ uğrunda heç vaxt müharibə etməyəcək -
Paşinyan
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ -
NƏ ZAMANA QƏDƏR?
SON DƏQİQƏ!
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi -
ƏFV ÜÇÜN...
Məhkəmə Əvəz Zeynallı ilə bağlı QƏRAR VERDİ
Ramin Abdullayevin Gəncə sakinlərinə yaşatdığı Kərbəla müsibəti...
DAVAM EDİR...
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb -
FAKTİKİ HAVA
Müəllimlərə şad xəbər
QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” –
Və sahibkarları qəfil yoxlamaq dərdi
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Ərdoğanın İraqda imzaladığı sazişlərin Azərbaycana hansı təsirləri olacaq?
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
-Foto
Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
UCAR SAKİNİ XƏSTƏ OĞLUNUN QANUNSUZ OLARAQ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILDIĞINI DEYİR –
ŞİKAYƏT
Verilişdə dediyi sözlərə görə saxlanıldı
Prezident İlham Əliyev Rusiyada səfərdədir
Güclü külək əsir -
Faktiki hava
Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi -
nazirlik hərəkətə keçdi
Manat bu valyutalar qarşısında ucuzlaşdı
Müqavilənin bağlanmış sayılması kontekstində oferta və akseptin hüquqi təhlili
-Aysu Nəbizadə yazır
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? -
ŞOK İDDİA
SON DƏQİQƏ!
Naxçıvan SİLKƏLƏNDİ
Ənvər Börüsoyun adı gələndə…
Ceyhun Bayramov İran səfirini qəbul edib
Biləsuvarda DƏHŞƏT:
76 yaşlı qadın yaylığı ilə özünü asdı
MEDİA çağırış etdi
Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı
Bu universitet publik hüquqi şəxsə çevrildi -
Baş nazirdən qərar
Qərar verildi: Bu verilişlər bağlanır -
Dəqiq tarix
Milli Məclis 18 məsələyə görə iclas ÇAĞIRDI
30 dərəcə isti olacaq –
Sabahın havası
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
Hacı Nuran 1 milyon manatı haradan alıb? -
Ağlasığmaz iddia
Sevgilisini öldürüb, özünü bıçaqladı -
Bakıda dəhşət
Azərbaycanda daha bir bank bağlanır –
RƏSMİ AÇIQLAMA
Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
Türkiyə İsrail və İrana
çağırış etdi
G7 İranı hədələdi:
Rusiyaya silah vermə...
Bakı milyonçusunun evi bu qiymətə satılır -
VİDEO
Sabunla yuyunmanın təhlükəsini
AÇIQLANDI
Delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsaslanacaq
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ
Dollar ucuzlaşdı
İran konsulluğuna hücum edən saxlanıldı
Bakı və İrəvan sərhəd xidmətləri barədə razılığa gəldi
"Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir" -
İran rəsmisi
Lalə Azərtaşın verilişi bağlanır
Tərəflər razılığa gəldi:
Qazaxın bu kəndləri qaytarılır - Adlar
İranın Parisdəki konsulluğuna hücum edildi –
Təcili
PRİZMA
Ənvər Börüsoyun adı gələndə…
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Müəllimlərə şad xəbər
Müqavilənin bağlanmış sayılması kontekstində oferta və akseptin hüquqi təhlili
-Aysu Nəbizadə yazır
Qərar verildi: Bu verilişlər bağlanır -
Dəqiq tarix
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
Sabunla yuyunmanın təhlükəsini
AÇIQLANDI
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
{sape_links}{sape_article}