Referendum hakimiyyətdə ciddi dəyişiklikər vəd edir

Referendum hakimiyyətdə ciddi dəyişiklikər vəd edir

 

Konstitusiya ilə yanaşı artıq siyasi reallıqlar da dəyişəcək

Ötən bazar seçki məntəqələrinə gedənlərin əksəriyyətinin Referndumda nəyə səs verdiklərini bilmələrini düşünmək çətindir. İnsanların ən çox əsasən söhbətin prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılması, seçkidə iştirakla bağlı yaş senzinin götürülməsini düşünürlər. Əslində isə Referendum Aktı layihəsində Konstitusiyada prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qədər artırılması, birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqi, prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirdə onun səlahiyyətlərini baş nazirə deyil, birinci vitse-prezidentə verilməsi, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi barədə qərar vermək hüququnun verilməsi, Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi, prezidentin bütün silahlı birləşmələrin də Ali Baş Komandanı olmasını təmin edən maddələr də vardı. Bu xüsusa görə, müxalifət iqtidarı hakimiyyəti inzibati yolla varisə ötürməyi planlaşdırdığını iddia edir. Müxalifətə bu iddia ilə çıxış etməyə əsas verən məqam birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması, onların seçki yolu ilə deyil, dövlət başçısı tərəfindən təyin olunması və prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirdə onun səlahiyyətlərini baş nazirə deyil, birinci vitse-prezidentə verilməsi ilə bağlı Konstitusiyaya edilən dəyişiklikdir. Müxalifət iddia edir ki, bununla da artıq nə deputatların, nə də Nazirlər Kabinetinin məsələyə təsir imkanı qalmır. Əlbəttə, bu qanunun sırf hərfi mənasında belədir. Ancaq hər kəs bilir ki, forj-major vəziyyətlərdə qanunun hərfi mənası öz qüvvəsini siaysi realllığa verir. Məsələn, Özbəkistan sabiq prezidenti İslam Kərimov qəfil dünyasını dəyişdi və bu ölkənin qanunvericiliyinə görə hakimiyyət parlamentin sədrinə verilməli idi. Ancaq siyasi reallıq baş nazirin xeyrinə olduğu üçün parlamentin sədri dövlət başçısının səlahiyyətlərini icra etməkdən "könüllü” imtina etdi. Buna görə də, forj-major vəziyyətlərdə qanunun tələblərinə deyil, siyasi reallıqlara uyğun hadislər baş verir. Şübhəsiz ki, Konstitusiyada ciddi dəyişiklikır həyata keçirənlər də bunun fəqindədir. Ona görə, indi cidddi dəyişikliklərin həyata keçiriləcəyini də gözləmək olar. Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir” açıqlaması da yuxarıda dediklərimizin təsdiqi və dəyişikliklərin anonsu sayıla bilər. İqtidarın əsas simalarından olan Əli Həsənovun sözlərinə görə, referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır. Buradan çıxan nəticəyə görə, artıq idarəetmə ağırlıq mərkəzi vitse-prezidentlik institutunun üzərində olacaq. Qeyd edək ki, bəzi nazir və komitə sədrərinin baş naziri saymaması haqqında ictimi-siyasi dairələrdə və mediada müxatəlif fikirlər səslənib. Hətta ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində baş verənlərin əsas səbəblərindən biri kimi baş nazirin, nazirlərin fəaliyyətinə nəzarət edə bilməməsi göstərilir. İndi üzə çıxan məlumatlar onu göstər ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov bəzi həmkarlarından təhdid yolu ilə böyük pullar alıb. Bu isə normal idarəçilikdə mümkün olmayan məsələdir. Əks halda Eldar Mahmudovun təhdidi ilə  üzləşən nazirlərdən biri bu məsələni Nazirlər Kabinetinin iclasında qaldıra bilərdi. Ancaq baş nazirin heç bir yardım edə bilməyəcəyini bilən nazirlər Eldar Mahmudovun tələbinə yerinə yetirməyi daha müqabil hesab ediblər. Vitse-prezidentlik institutunun yaradılması bəzi nazirlərin müstəsna hüquqa malik olması kimi anormalıqlalrı aradan qaldıracaq.

Konstitusiyada ciddi dəyişikliklər həyata keçirən iqtidarın siyasi reallıqları dəyişməsini də labud edən ikinci məqam siaysi müxalifətlə bağlıdır. Heç kim inkar edə bilməz ki, siyasi müxalifət bir il öncəyə nisbətən indi daha güclüdür. Bunu Milli Şuranın 11 sentyabr mitinqi və bu mitinqlə bağlı xəbərlərin saytlarda oxunuş sayı da təsdiqləyir. Qeyd edək ki, rəsmi qurumların da təsdiq etdiyi kimi 11 sentyabrda müxalifət son illərin, bəlkə də son onilliyin ən gur mitinqini keçirdi. Bu mitinqlə bağlı xəbəri isə yalnız "Azadlıq” qəzetinin saytında (bax-www.azadliq.info/156364.html) 123 mindən çox insan oxuyub. Digər saytları da bura əlavə etsək belə qanətə gəlmək olar ki, müxalifətin mitinqi ilə bağlı məlumatı ölkədə ən azı 300 min insan izləyib. Bu isə çox ciddi fəallıqdan xəbər verir. Ümumiyyətlə, hakimiyyət mənsublarının son bir neçə ay ərzində müxalifətin fəaliyyəti ilə bağlı xəbərlərin oxunma sayının kəskin artmasını analiz edib, doğru nəticə çıxarması onun xeyrinə olar. Belə məsələləi inkar etməklə heç nəyə nail olmaq mümkün deyil. İqtidar ölkədə narazıların sayının bir il əvvəl nisbətən ardığını, bunun çox guman ki yüksələn xətlə davam edəcəyini nəzərə almalıdr. Əgər "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin vəd etdiyi televiziya kanalının yayımı da həyata keçsə, müxalifət təbliğat üçün çox ciddi resurs əldə etmiş olacaq. Bu isə dərinləşən iqtisadi böhran fonunda artan narazılarn müxalifətin təbliğat dairəsinə düşməsini təmin edə bilər. Heç şübhəsiz ki, hakimiyyətdə də bu məsələləri fərqində olanlar var. Onların buna uyğun hansı addımları atmasını isə yaxın günlərdə görəcəyik.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}