Tofiq Zülfüqarov : “Moskvadakı paradda iştirak etmək məsləhət deyil”

 

İyunun 24-də Moskvada Böyük Vətən müharibəsində faşizm üzərində qazanılan qələbənin 75 illiyinə həsr olunmuş hərbi parad keçirilməsi nəzərdə tutulur. Paradda Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyət də iştirak edəcək.

Müdafiə Nazirliyindən ordu.az-a verilən məlumata görə, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Paradda Ermənistan hərbiçilərinin, nümayəndə heyətinin də iştirakı gözlənilir. Bu səbəbdən hərbiçilərimizin iştirakının doğru olub-olmadığı yönündə müxtəlif mövqelər səslənir. 

Vyana görüşünü Azərbaycanın diplomatik üstünlüyü kimi qəbul edə ...

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunun əleyhinədir: "Paradda iştirak etmək məsləhət deyil. Koronavirusa görə bunu deyirəm. Siyasi məsələlərlə əlaqədar danışmağa heç ehtiyac yoxdur. Virusun sürətlə yayıldığı bir vaxtda paradda iştiraka nə ehtiyac var? Hərbiçilərimizi riskə atmayaq. Hərbi paradda təcrübə toplamağa heç bir ehtiyac yoxdur. Dünyada kütləvi şəkildə keçirilə biləcək bütün tədbirlər təxirə salınıb. Həftənin sonunda da Azərbaycanda virusla əlaqədar yenidən bəzi sərt tədbirlər tətbiq olunacaq”.

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu əksini düşünür: "Azərbaycan hərbiçilərinin bu paradda iştirakı vacibdir. Bunun səbəblərini göstərmək olar. Parad mayın 9-da Moskvada keçirilməli idi. Ancaq koronavirus Moskvada da geniş yayıldığı üçün Rusiya prezidenti Vladimir Putin 75 illiyi təxirə salmalı oldu. Bu parada bir çox dövlətlər dəvət olunub. Ermənistan da iştirak edəcək. Bizim iştirakımızın səbəblərindən biri odur ki, Böyük Vətən Müharibəsindəki qələbədə Azərbaycanın da payı çox olub. Minlərlə insanımız həyatını itirib. Qələbədə oynadığımız rol hər kəsə məlumdur. Paraddakı iştirakımızla beynəlxalq aləmə də İkinci Dünya müharibəsindəki rolumuzu göstərəcəyik. Paradda iştirakımız qərarında ikinci səbəb Ermənistandır. Əgər Ermənistan iştirak edib, biz iştirak etməsək, buna Moskvada bəziləri siyasi rəng verə, ölkəmizə qarşı haqsız təzyiqlərə başlaya bilərlər. Biz Rusiyanın siyasətindən müəyyən qədər narazı olsaq da, hər halda, bu ölkədən silahlar alırıq. Biz nə zamansa Rusiyanın münaqişənin həllində ədalətli mövqe ortaya qoymasını gözləyirik.

Qələbə Paradı iyunun 24-də Moskvada keçiriləcək | KONKRET

Paradda iştirak etməsək Ermənistan bundan informasiya müharibəsində bizə qarşı istifadə edə bilər. Rusiyaya göstərər ki, baxın, biz iştirak edirik, amma Azərbaycan yox. İştirakımız böyük dövlətlərə bir mesaj əhəmiyyəti də daşıya bilər. Onu da deyim ki, hərbiçilərimiz təkcə Rusiyada keçirilən paradlarda iştirak etmir, yaxud etməməlidir. Dünyanın bir çox ölkələrində bəzən oxşar paradlar keçirilir. Azərbaycan dəvət olunarsa, mütləq həmin paradlarda iştirak etməliyik. Biz Amerikanın müəyyən təşəbbüslərində iştirak edirik. Belə anlaşılmamalıdır ki, Azərbaycan ancaq Rusiyanın çağırışlarına adekvat reaksiya verir. Əgər biz balanslı xarici siyasət yürüdürüksə, biz Rusiyadan başqa digər strateji tərəfdaşlarımızın təşkil etdikləri hərbi tədbirlərdə iştirak etməliyik”.

Ramil Məmmədli: Aprel döyüşlərində ordumuzun qələbəsi Prezident ...

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli: "1945-ci il 24 iyunda Moskvada bu qələbə ilə əlaqədar hərbi parad keçirilib. İndi də məlum məsələlərlə bağlı mayın 9-da keçirilməli olan parad qeyd olunan tarixə təxirə salınıb. Sovet dövrü Azərbaycan üçün tarixi bir dövr olduğundan, eyni zamanda həmin müharibədə hansı formada iştirakımızı nəzərə alaraq, ölkəmizin bu paradda iştirakını vacib sayıram. Bu qələbə ilə bağlı keçirilən tədbirdə iştirak etməliyik. Sovet dövründən tam imtina etməyimiz doğru olmazdı. Ermənistanın bu paradda iştirakının gözlənilməsi bizə mane olmamalı, imtinamıza əsas verməməlidir. Azərbaycanın öz müstəqilliyini əldə etməsinin özü böyük bir tarixdir. Müstəqil dövlətimizin ordusu Qırmızı meydandakı hərbi keçiddə iştirak edir, öz müstəqil ölkəsinin təmsilçisi olur. Bu müharibədə minlərlə Azərbaycan oğlu canını qurban verib. Arxa cəbhədə də böyük əziyyət çəkmişik. Qələbənin əldə olunmasına bütün imkanlarımızla dəstək olmuşuq. İndi belə tarixlə bağlı hərbi paradda niyə də iştirak etməməliyik?”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}