Serj Sarkisyan kadr dəyişiklikləri həyata keçirib

 

Ermənistan prezidenti Serj Sarkisyan kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb.

 

APA-nın Ermənistan prezidentinin saytına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Edvard Nalbandyan yenidən bu vəzifəyə təyin olunub.

 

Digər sərəncamla Milli Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan vəzifəsindən azad edilərək Prezident Administrasiyasının rəhbəri təyin edilib

 

Ermənistan ordusunun Baş Qərargah rəisi Yuri Xaçaturov Milli Təhlükəsizlik Şurasının katibi, Müdafiə Nazirliyinin maddi-texniki təminat şöbəsinin rəisi Movses Akopyan isə Baş Qərargah rəisi təyin olunub. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}