Gürcüstanda parlament seçkiləri: Nəticə və prespektivlər


Gürcüstanda parlament seçkiləri: Nəticə və prespektivlər

 


 

Azərbaycan vətəndaşlarının oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seckilərinin nəticələri ilə bağlı marağı tamamilə təbiidir. Gürcüstnda yüzminlərlə soydaşımızın yaşaması və bu ölkənin bizim üçün strateji əhəmiyyətini nəzərə alanda, oktyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələrinə olan marağı tam əsaslı hesab etmək olar. Ancaq fikirimizcə seçkilərin nəticələrindən daha çox seçki prosesinin üzə çıxardığı məqamlara daha çox diqqət yetirilməlidir.

Oktyabrın 8-də keçirilən seçkilərin üzə çıxardığı ən ciddi məqamlardan biri Rusiyanın 2014-cü ildən başlayaraq sərtləşdirdiyi təcavüzkar siyasətinin Gürcüstana da mənfi təsir göstərməsidir. Rusiyanın 2014-cü ildən başlayaraq təcavüzkar siyasətini sərtləşdirməsi postsovet məkanında avtoritarizmi və despotizmi gücləndib. Rusiyanın sərtləşən təcavüzkar siyasəti, hətta Şərqi Avropa ölkələrinə də təsir edib və bu regionda demokratik proseslər zədə alıb. Bu prosesin Gürcüstana təsir ötüşəcəyini düşünmək sadəlövlük olardı. Təsadüfi deyil ki, oktyabrın -8 də keçirilən parlament seçkiləri son üç ilin ən pis seçkisi hesab olunur. 2013-cü ilin prezident  və 2014-ci ilin bələdiyyə seçkiləri ilə müqayisədə irəli addım hesab olunmur. Hətta bəzi müstəqil müşahidəçilər parlament seçkilərini son üç seçkinin ən pisi hesab edirlər. Buna görə Rusiyanın sərtləşən təcavüzkar siyasətinin digər postsovet ölkələri kimi Gürcüstana öz mənfi təsirini göstərdiyi oktyabr seçkisinin üzə çıxardlığı ən həssas məqamlardan biridir. Moskvanın sərt təcavüzkar siyasətinin nəticəsi olaraq həm də Gürcüstanda Rusiyayönümlü qüvvələrin əvvəlki illərə nisbətən daha çox səs qazanmaları da təsdiq edir. Gürcüstanın Avroatlantik məkana intiqrasiyasının qəti leyhinə çıxan və Rusiya ilə yaxınlaşma tərəfdarı olan "David Tarxan-Mouravi, İrma İnaşvili-Gürcüstanın vətənpərvərləri Alyansı” Seçki Blokunun 5 faizlik seçki senzini keçməsi də Moskvanın sətləşən təcavüzkar siyasətinin təsirinin nəticəsidir. Eləcə də Rusiya ilə yaxınlaşan tərəfdarı olan digər qüvvələrin ötən illərin seçkiləri ilə müqayisədə gücləndiklərini görmək olar.

 

Gürcüstanda parlament seçkiləri: Nəticə və prespektivlər

 

 

Oktyabrın 8-də keçirilən seçkilərin üzə çıxardığı ən xoş məqam isə Rusiyanın bütün mənfi təsirinə baxmayaraq Gürcüstan vətəndaşlarının demokratiya və islahatlar yolundan dönməməsinin nümayişi oldu. Gürcüstanda əsas Qərbyönümlü siyasi qüvvə kimi tanınan Milli Hərəkat Partiyasının zədəli və qüsurlu seçkilərdə belə 27 faizdən artıq seçicinin dəstəyini qazanması Azərbaycan üçün Qərbə açılan qapı olan Gürcüstanda vəziyyətin o qədər pis olmadığını da düşünməyə əsas verir. Burada əlbəttə, Qərbin də son zamanlar qətiyyətli addımlar atmasının müsbət təsirini qeyd etmək olar. Gürcüstanla Avropa Birliyi arasında vizasız gediş-gəlişin məhz seçkilər ərəfəsində rəsmiləşməsi Brüsselin doğru və zamanında atılmış addımı idi. Brüsselinin bu qərarının parlament seçkilərinə müsbət təsir etdiyini də qeyd etmək lazımdır.

Azərbaycanlılar Gürcüstanın siyasi həyatına tam intiqrasiya yolundadır

Oktyabrın 8-də keçirilən seçkinin üzə çıxardığı müsbət məqamlardan biri də Gürcüstanda yaşayan soydaşlarımızın siyasi proseslərə tam intiqrasiya yolunda olduğunu göstərdi. Əvvələr Gürcüstanda yaşayan soydaşlarımız birqayda olaraq hakimiyyətdə olan qüvvənin yanında yer alırdı və bəzən anlaşılmamazılıq doğururdu. Ancaq indi soydaşlarımız hakim partiya ilə yanaşı müxalifət partiyasının sıralarına qoşulurlar. Soydaşlarımız arasından xanım siyasətçilərin çıxması isə xüsusi ilə sevindirici haldır. Bəzi soydaşlarmızın narahatlıqlarına baxmayaraq Gürcüstanda yaşayan azərbaycanlıların ayrı-ayrı siyasi partiyaların namizədi olaraq eyni seçki dairəsindən deputat mandatı uğrunda mübarizə aparması mənfi deyil, müsbət haldır. Gürcüstan demokratiya yolunu seçmiş bir dövlətdir və bu dövlətdə yalnız bir siyasi partiyada təmsil olunmaq yanlış və sonu zərərli bir yoldur. Gürcüstanda yaşayan azərbaycanlıların ayrı-ayrı siyasi partiyalarda önə çıxması avtomatik olaraq soydaşlarımızın probleminin bir icmanın problemi konteksindən ümümgürcüstan problemi səviyyəsinə qaldırır ki, onun həlli də daha asan olacaq.

Oktyabrın 8-də keçirilən parlament seçkilərində namizəd olan ayrı-ayrı soydaşlarımıza dəstək olmaq məqsədilə Bakının ictimi-siyasi dairələrinin təmsilçilərinin addımlarını isə uğurlu hesab etmək olmaz. Bu qonşu ölkədə doğru anlaşılmaya bilər. Azərbaycan üçün Qərbə açılan qapı olan Gürcüstanda parlamentə kimin seçilib-seçilməməsi Bakının ictimai-siyasi dairələri üçün əsas məqsəd ola bilməz. Bizim üçün ən mühüm məsələ Gürcüstanda kimin deputat olması deyil, bu seçkilərin bütün regiona hansı təsirinin olacağı, seçkinin Tbilisinin xarici və daxli siyasətinə təsir edib-etməməsi olmamalıdır. Demokratik Gürcüstan bizim üçün o qədər önəmlidir, bunu başqa heç bir məsələ ilə qarışdırmaq olmaz. Buna görə də, Gürcüstanda keçirilən seçkilərə yönəlik addımlarda həddindən artıq diqqətli olmaq lazımdır. Əgər Gürcüstan demokartik dövlət olacaqsa, bu ilk növbədə bu ölkədə yaşayan soydaşlarımızın maraqlarına cavab verəcək. Necə ki, Bolqarıstanda yaşayan türklər bu ölkə demokratikləşdikdən sonra cəmiyyətin bütün sahələrində mövqe qazandlar, demokratik Gürcüstan da soydaşlarımızın öz potensiallarını tam reallaşdırmasına imkan verəcək. Uzun illər Azərbaycan səhiyyəsində yüksək mövqe sahibi olan professor Fərman Ceyranovun bu gün Gürcüstanın ən böyük tibb müəssisələrindən birinin sahibi olması, sahibkarlıqla yanaşı azad şəkildə siyasətlə məşğul olması da bu fikirimizi təsdiq edir. 

Oktaybrın 8-də keçirilən parlament seçkilərinin isə hakimiyyətdə olan "Gürcü arzusu-Demokratik Gürcüstan” seçki bloku qazandı. Parlamentə seçkilər qarışıq seçki sistemi üzrə keçirildiyindən və mojaritar seçki dairələrini böyük əksəriyyətində qalibin müəyyən olunmasının ikinci tura qallb ki, bu da Gürcüstan parlamentində qüvvələr nisbəti haqqında dəqiq fikir bildirməyə imkan vermir. İlkin məlumatlara görə, seçkilərdə iştirak edən 12 Azərbaycanlı namizəddən 4 nəfəri artıq deputat mandatı qazanıblar. 8 Oktyabr seçkiləri azərbaycanlıların ümumi fəallığı ilə seçildiyi bəlkə də ilk seçkidir. Bütün bunlar soydaşlarımızın Gürcüstanın ictimai-siyasi həyatında daha aktiv rol aldıqlarını göstərir. Bu prosesin artan xətlə yüksələcəyini proqnozlaşdırmaq olar.

Bir məsələ isə tam aydındır, Gürcüstan çox çətin şərtlər daxilində demokratiya yolunda daha bir önəmli addım atdı. Bu Rusiyanın sətləşən təcavüzkar  siyasətinin qaranlığa qərq etdiyi postsovet məkanında səmtlərinin itməsinə imkan verməyən səmt ulduzu kimidir.  Bu ulduz həm də postsovet məkanına doğacaq günəşin çarcısıdır.

 Politoloq Xəqani Cəfərli,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}